Əsas Səhifə > Siyasət, Manşet > RAUF HƏBİBOV AZƏRBAYCANDAN QOVULUR

RAUF HƏBİBOV AZƏRBAYCANDAN QOVULUR


2-03-2012, 11:21
RAUF HƏBİBOV AZƏRBAYCANDAN QOVULUR

ZİYA MƏMMƏDOV QOHUMUNU ZAR-ZOR HƏBSDƏN QURTARMAĞI BACARIB

DİA.AZ: - Dünənki olaylara görə, Qubanın icra başçısı Rauf Həbibovun istefa verdiyi bildirilir. Bu barədə məlumatı DİA.AZ-a verən mənbənin sözlərinə görə, birbaşa olaraq işə dövlət başçısı müdaxilə edib və hətta icra başçısının həbsi də gündəmdədir.

Dünən günün sonuna qədər rayon icra hakimiyyətinin binasında nəqliyyat naziri Ziya Məmmədovun, Prezident Administrasiyasından Zeynal Nağdəliyevin və digər rəsmi şəxslərin iştirakı ilə qapalı toplantı keçirilib. Toplantıda başçının istefasının qəbul edildiyi bildirilir.

Mənbəmizin sözlərinə görə, Ziya Məmmədov zar-zro yaxın qohumu olan Rauf Həbibovu həbs edilməkdən qoruya bilib. Amma buna baxmayaraq onun durumunun ağır olduğu söylənilir və hətta Rauf Həbibova nəinki Qubanı, hətta Azərbaycanı birdəfəlik tərk etməsi barədə yuxarıların xəbərdarlağının çatdırıldığı söylənilir.

Geri qayıt