Əsas Səhifə > Gündəm, Manşet > «KHAZAR İSLAND»IN YENİ ŞOK GİZLİNLƏRİ
«KHAZAR İSLAND»IN YENİ ŞOK GİZLİNLƏRİ2-03-2012, 11:17 |
HACI İBRAHİM NEHRƏMLİ İLƏ TELMAN İSMAYILOVUN ORTAQLIĞI ÜZƏ ÇIXIR DİA.AZ: - Ölkəmizdə ayrı-ayrı vəzifələrdə çalışan bir sıra məmurlar arasındakı gizli çəkişmələr artıq torpaq sferasından suya, dənizə qədəm qoyub. Belə ki, Azərbaycanın yüksək çinli bəzi oliqarxları Xəzər dənizinin respublikamıza aid olan hissəsinin sahilyanı ərazilərini, xüsusən də çimərlikləri, habelə ən yaxşı sahələri bölüşdürməklə bağlı mübarizəyə başlayıblar. Bununla bağlı redaksiyamıza daxil olan xəbərlərdə qeyd olunur ki, «Avesta» konserninin «Khazar İsland» layihəsi Azərbaycanın bir neçə nazirinin qısqanclığına səbəb olub. İlk öncə qeyd edək ki, 2008-ci ildən həyata keçirilən «Khazar İsland» layihəsi dənizdə 50-dək süni adanın yaradılmasını özündə ehtiva edir. Belə ki, «Avesta» konserninin prezidenti Hacı İbrahim Nehrəmli 60 milyard sərmayə yatırmaqla dünyanın ən böyük gölündə yeni şəhərcik salmağı planlaşdırır. Bununla bağlı həyata keçiriləcək proqramın birinci hissəsində 12 milyard, ikinci hissəsində 18 milyard, üçüncü hissəsində isə 30 milyard pulun xərclənəcəyi planlaşdırılır. Xəzərdə salınacaq yeni şəhərcik 1100 mənzildən, ümumiilikdə isə 1 milyon sakindən ibarət olacaq. Şəhərciyin ərazisi 2 min hektardan ibarət olacaq və dənizin içinə doğru 8 kilometr uzanacaq. Süni şəhərcikdə 60 ada yaradılacaq və 20-dək körpü inşa olunacaq. Bununla yanaşı ərazidə əyləncə, istirahət kompleksləri də yaradılacaq. Azərbaycanlı iş adamının Xəzərdə həyata keçirdiyi bu layihənin təfərrüatları artıq dünyanın ən aparıcı kütləvi informasiya vasitələri - «The Vashington Post», «The New-York Times», «The Financial Times» qəzetlərinin, «Forbes» jurnalının, «Bloomberq» informasiya agentliyinin diqqətini cəlb edib. Həmin media orqanları azərbaycanlı iş adamı, Hacı İbrahim Nehrəmlinin Xəzərdə yaratdığı yeni meqa layihəyə diqqət çəkərək bunun üçün külli miqdarda vəsaitin xərclənəcəyini qeyd ediblər. rusiyanın «NTV» kanalı isə hesablamalar apararaq, «Xhazar Island» layihəsinin 60 milyard deyil, 125 milyard manata başa gələcəyini qeyd edib. Hacı İbharim Nehrəmlinin 2008-ci ildə başladığı yeni layihə Qaradağ rayonunun Xəzər dənizinin sahilindəki qəsəbəsində ilk olaraq reallaşdırılıb. Elə həmin ildən başlayaraq dənizin sahilində palma ağaclarının əkilməsinə, hasarın çəkilməsinə start verilib. Ərazidə əkilən ağaclar əsasən 100 yaşlı xurma, palma ağaclarıdır. Ərazinin Bakı-Astara magistralının yaxınlığındakı hissəsində asfalt yolun abadlaşdırılması başa çatdırılıb. DİA.AZ-a daxil olan məlumatlarda qeyd olunur ki, martın ortalarında Azərbaycana Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Çin, habelə digər ölkələrdən sərmayədarlar dəvət olunacaq. Çox güman ki, layihənin həyata keçirilməsində həmin ölkələrin iş adamlarının da sərmayələrindən istifadə olunacaq. Qəzetimiz bu arada bir sıra maraqlı faktları da əldə edib. Aldığımız xəbərlərdə bildirilir ki, Hacı İbrahim Nehrəmli Dubay şəhərində dünyanın ən böyük göydələni sayılan «Burc Xəlifə»ni görərək, «Khazar İsland» adalar qrupunda «Azerbaijan Tower» göydələnini ucaltmağı qərara alıb. O, ilkin mərhələdə həmin göydələnin uzunluğunun 600 metr olmasını planlaşdırsa da, sonradan onun 1150 metrədək ucaldılmasını qərara alıb. Deməli, dünyanın ən böyük göydələni də məhz «Khazar İsland»da reallaşdırılacaq. Burada hər mənzilin bir kvadratmetri 3500 manata satılacaq. «Khazar İsland» layihəsinin 2016-cı ildə tam olaraq başa çatdırılacağı gözlənilir. Bu arada əldə etdiyimiz digər məlumatda isə qeyd olunur ki, hazırda Rusiyada yaşayan azərbaycanlı iş adamı Telman İsmayılovla «AST Telman» bir araya gələn azərbaycanlı məmurlardan biri onun diqqətini Xəzər rayonunun Buzovna, Mərdəkan, Şağan, habelə Suraxanı rayonunun Türkan və Hövsan qəsəbələrindəki çimərliklərə yönəldə bilib. «AST Telman»la şənlik mərasimlərində iştirak edən məmur onunla yeni layihəsi barədə danışıb və bu, Rusiyada yaşayan biznesmenin xoşuna gəlib. O, çimərlklərin özəlləşdirilərək, bu ərazilərdə əyləncə-istirahət komplekslərinin yaradılması ideyasını dəstəkləyib. Həmin səbəbdən də Telman İsmayılovun mayın ortalarında Azərbaycana səfəri planlaşdırılır. Geri qayıt |