Əsas Səhifə > Ölkə > ERMƏNİLƏR QARABAĞDA TƏYYARƏMİZİ VURUBLAR
ERMƏNİLƏR QARABAĞDA TƏYYARƏMİZİ VURUBLAR14-09-2011, 17:19 |
BELƏ BİR İDDİANI DÜŞMƏN ÖLKƏ RƏSMƏN AÇIQLAYIB Bu gün səhər Ermənistan HHM qüvvələri Əsgərən rayonu sərhədində Azərbaycan Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarəni vurub. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi David Karapetyan bildirib. Pilotsuz təyyarənin nə ilə vurulduğu məlum deyil. O həmçinin qeyd edib ki, Ermənistanın pilotsuz təyyarələri sentyabrın 21-də bu ölkənin müstəqilliyinin 20 illiyinə həsr olunmuş paradda nümayiş etdiriləcək. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən şərh almaq mümkün olmayıb. Geri qayıt |