Əsas Səhifə > Hadisə, Manşet > ŞOK: QEYRİ-YAP-ÇI NAZİR OLACAQ

ŞOK: QEYRİ-YAP-ÇI NAZİR OLACAQ


1-03-2012, 14:52
ŞOK: QEYRİ-YAP-ÇI NAZİR OLACAQ

HAKİMİYYƏTİN YENİ İSLAHAT PAKETİNƏ BELƏ BİR MÜDDƏA SALINIR

DİA.AZ: - Məlum olduğu kimi, bütün hakimiyyət eşalonu ucdan-tutma hakim Yeni Azərbaycan Partiyasının üzvləridir. Eynən köhnə Kommunist Partiyasının dönəmlərində olduğu kimi, müasir Azərbaycanda da vəzifə yüksəlişi istəyənlər hakimiyyət partiyasının şineli altına girmək zorundadırlar.

Amma deyəsən, bu ənənə pozula bilər. Və artıq bu yöndə ilkin addımların atılması üçün müəyyən addımlar da atılmaqdadır. Bu barədə DİA.AZ-a diplomatik qaynaqlardan bilgi verilib.

Mötəbər mənbənin redaksiyamıza söylədiyinə görə, neçə müddətdir rəsmi Bakı ilə demokratikləşmə yönündə danışıqlar aparan və bir sıra məqamlarda ortaq razılaşma əldə edən Venesiyya Komissiyası artıq YAP iqtidarını bəzi islahatlara da razı sala bilib ki, onların arasında hakim partiyanın üzvü olmayan və bir başqa siyasi təşkil edən şəxsin nazir postuna təyin edilməsilə bağlıdır.

Mənbəmizin söylədikləri: «Əslində, belə bir halın baş verməsi Azərbaycanda ciddi dəyişikliklə müşaiyət olunmayacaq. Sadəcə olaraq, adda və görüntüdə dəyişiklik ediləcək. Çünki rəsmi Bakı bu işə şərtli razılıq verib. Yəni əgər anlaşma baş tutarsa, o zaman Ana Vətən, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Sosial Rifah və digər bu kimi partiyaların üzvlərindən birinin hansısa nazirliklərdən birinə rəhbər gətirilməsi baş tuta bilər».

Yəni mənbəmizin söylədiklərinə görə, bu anlaşma heç də radikal müxalifət cinahına aid hansısa partiya nümayəndəsinin nazir təyin edilməsini şərtləşdirmir. Amma istənilən halda, rəsmi Bakının belə bir razılığa «hə» deməsinin özü belə əhəmiyyətlidir. Ən azından islahata meyillilik baxımından…


Geri qayıt