Əsas Səhifə > Cəmiyyət > KRİMİNAL AVTORİTET “QARA RAHİLƏ” HƏBS EDİLİB

KRİMİNAL AVTORİTET “QARA RAHİLƏ” HƏBS EDİLİB


1-03-2012, 13:16
KRİMİNAL AVTORİTET “QARA RAHİLƏ” HƏBS EDİLİB

O, ÇOXSAYLI OĞURLUQDA İTTİHAM OLUNUR

Azərbaycanda kriminal avtoritet kimi tanınan qadın həbs edilib.

Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini Azər Cahangirov məlum verib. Onun sözlərinə görə, 58 yaşlı Rahilə Rüstəm qızı İsmayılova narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək saxlanılıb. Onun Sumqayıt və Bakı şəhərində çoxsaylı oğurluq və cibgirlik hadisələri törətdiyi bildirilir.

Dörd dəfə məhkumluq həyatı yaşayan R. İsmayılovanın kriminal aləmlə geniş əlaqələri var. O, “oğru” aləmində “Qara Rahilə” kimi tanınır.


Geri qayıt