Əsas Səhifə > Gündəm, Manşet > QUBA SAKİNLƏRİ: «ÖLDÜ VAR, DÖNDÜ YOXDUR»

QUBA SAKİNLƏRİ: «ÖLDÜ VAR, DÖNDÜ YOXDUR»


1-03-2012, 12:48
QUBA SAKİNLƏRİ: «ÖLDÜ VAR, DÖNDÜ YOXDUR»

İCRA BAŞÇISININ İSTEFASI TƏLƏBİ AKSİYASI KÜTLƏVİ İĞTİŞAŞA ÇEVRİLDİ

DİA.AZ: - Elə bu dəqiqələrdə redaksiyamıza Qubadakı vəziyyətlə bağlı məlumatlar daxil olub. DİA.AZ əməkdaşının bildirdiyinə görə, narazı sakinlərlə polis işçiləri arasında toqquşmalar davam edir. Daxili Qoşunlardan və gözyaşardıcı qazdan əhaliyə qarşı istifadə edirlər.

Narazı sakinlər icra hakimiyyətinin birinci mərtəbəsinə qədər girməyə müvəffəq olublar və binanın şüşələri, qapıları sındırılıb. Daxili Qoşunlar əhalini geri çəkilməyə məcbur edib. Narazı sakinlə «öldü var, döndü yox» deyərək Rauf Həbibovu tələb edirlər və eyni zamanda dünən axşam saatlarında həbs edilən qubalıların azadlığını istəyirlər.

Məlumatlara görə, artıq baş vermiş olaylara hakimiyyətin yuxarı eşalonu qarışıb və Rauf Həbibovun görəvdən alınması üçün hüquqi işləmlər həyata keçirilir.

Bizi izləyin…


Geri qayıt