Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏT QUBA OLAYLARINA ƏL QOYDU

HAKİMİYYƏT QUBA OLAYLARINA ƏL QOYDU


1-03-2012, 12:10
HAKİMİYYƏT QUBA OLAYLARINA ƏL QOYDU

İCRA BAŞÇISI TƏCİLİ ŞƏKİLDƏ BAKIYA - İSTFEA ÜÇÜN ÇAĞRILDI

DİA.AZ: - Məlum olduğu kimi, Qubada vəziyyət gərginləşib. Belə ki, Quba sakinlərini satqınlıqda və xəyanətdə ittiham edən icra başçısının sözləri yerli camaatın ciddi təpgisinə nədən olub. Və bu səbəbdən bu gün səhər saatlarında rayonda vəziyyət qarışıb.

Artıq sakinlər icra hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçiriblər və icra başçısı Rauf Həbibov narazı camaatın qarşısına çıxaraq onlardan buraxdığı yanlışa görə üzr istəyib. Amma bu da sakinləri qane etməyib.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Qubadan gələn həyəcanlı xəbərlər hakimiyyətin üst düzəyində də ciddi narazılıqla qarşılanıb. Bu barədə mənbəmizin söylədikləri: «Ola bilsin ki, bu gün Rauf Həbibovun istefası gündəmə gətirilsin. Axşam saatlarına qədər icra başçısına vaxt verilib».

Mənbəmiz bildirdi ki, Rauf Həbibov eyni zamanda təcili olaraq Bakıya çağrılıb. Bu məlumatımızı Qubadakı mənbələr də təsdiqlədilər və bldirildi ki, bir an əvvəl icra başçısı icra hakimiyyətinin binasını başılovlu şəkildə tərk edib.


Geri qayıt