Əsas Səhifə > Hadisə > QUBADA VƏZİYYƏT QARIŞDI

QUBADA VƏZİYYƏT QARIŞDI


1-03-2012, 11:52
QUBADA VƏZİYYƏT QARIŞDI

İCRA BAŞÇISININ İSTEFASI TƏLƏB OLUNUR

Bu gün saat 10 radələrində Quba rayon icra hakimiyyəti qarşısında etiraz aksiyası başlayıb. 1000-ə yaxın adam icra hakimiyyəti qarşısına yürüş edib.

"Azadlıq" radiosunun verdiyi xəbərə görə, onlar rayon icra başçısının bir neçə gün əvvəl qubalılar barədə dediyi fikirlərdən narazıdırlar. Bir neçə gün əvvəl toplantıların birində rayonun icra başçısı Rauf Həbibovun çıxışı ilə bağlı video görüntülər yayılıb. Həmin çıxışda icra başçısı qubalıları satqınlıqda, öz torpaqlarını 30-40 manata satmaqda günahlandırır.

İcra hakimiyyəti qarşısına yığışan adamlar icra başçısının istefasını tələb edirlər.

Son anda aldığımız məlumata görə, rayonun ağsaqqal sayılan 3 nəfər icra başçısının qəbuluna girib. Onlar tələb edirlər ki, icra başçısı aksiya iştirakçılarının qarşısına çıxıb sakinlərdən üzr istəsin və istefa versin.

"Yeni Müsavat" qəzetinin hazırda Qubada olan reportyoru Fərahim İlqaroğlunun verdiyi məlumata görə, bu saat rayon mərkəzinin bütün əsas küçələri hərəkətə qapadılıb və insanların bir yerə toplaşmasına imkan verilmir: "Şəhərə ordu hissələri, daxil qoşunların əsgərləri və çevik polis alayının əməkdaşları yeridilib. Hər şey nəzarət altına götürülüb. İnsanların bir dəfə toplaşıblar, amma hərbi qüvvələr onları qovub dağıdıbl. Yaxın saatlarda camaatın yenə də toplaşacağı bildirilir".


Geri qayıt