Əsas Səhifə > Hadisə > “FINANCIAL TIMES” XƏZƏR QAZINDAN YAZDI

“FINANCIAL TIMES” XƏZƏR QAZINDAN YAZDI


5-10-2011, 13:22
“FINANCIAL TIMES” XƏZƏR QAZINDAN YAZDI

“RƏQİBLƏR XƏZƏR QAZI UĞRUNDA MANEVR EDİRLƏR”

DİA.AZ: - 9 il planlaşdırmadan sonra Nabucco konsorsiumu ötən həftə Azərbaycan qazının ixracı üçün sifariş verib. Elan ediblər ki, onların qaz kəməri Xəzər qazı uğrunda mübarizə aparan 3 nlayihənin ən yaxşısıdır, deyə Financial Times yazır.

Amma VR buna əmin deyil.

Ötən həftə bu şirkət dördüncü qaz kəməri imkanının olduğunu bildirib. Bu varianta əsasən, "Şahdəniz"i Avropa bazarları ilə başqa cür də bağlamaq olar.

Üç boru kəməriu qrupunun hər biri öz variantına Avropa İttifaqının dəstəklədiyi "Cənub dəhlizi" variantı ilə aktiv lobbiçilik edir. "Cənub dəhlizi"nin əsas məqsədi Rusiyadan yan keçməklə Xəzər qazını Avropaya nəql etməklə onun enerji təhlükəsizliyini gücləndirməkdir.

Bunların ən iddialısı Nabucco-dur. O, Cənubi Qafqaz, Türkiyə və Avstriyadan keçməklə 3 900 km uzunluğunda olmalıdır.

VR-nin bəyanatı çox iddialı olan konsorsiumu dilxor edib. "Burada belə bir eyham var ki, "hazırda bizə böyük qaz kəməri lazım deyil", - deyə Oksford Enerji Tədqiqatları İnstitutu (Oxford Institute for Energy Studies) qaz tədqiqatlarının rəhbəri professor Conatan Stern (Jonathan Stern) qeyd edir.

Avropa İttifaqı Avropanın enerji təhlükəsizliyini gücləndirmək, Rusiya qaz tədarükündüən asılılığı azaltmaq üsulu kimi "Cənub dəhlizi"ni dəstəkləyir. Moskva isə iştirakını artırmaq istəyir.

Nabucco-nun siyasi mənası da olmasına baxmayaraq, onun kommersiya nöqteyi-nəzərindən məqbulluğu ilə bağlı məsələlər də çıxır. Qaz kəmərləri investorların sərmayəsinin qayıtmasını təmin etməli, sonra isə mənfəət gətirməlidir. Bunun üçün onlar tam gücü ilə işləməlidir. Hazırda Nabucco-nun əsas problemi bu kəmər üçün qaz axtarışında mübarizənin uğurlu olmamasıdır.

Avropa İttifaqı ötən həftə Türkmənistanın "Cənub dəhlizi"nə qoşulması üçün səyləri artırıb, amma Rusiya və İranın qınaqlarına məruz qaldı. Onlar ekooloji xarakterli səbəblər gətirərək (daha dəqiq desək, mümkün ekoloji nəticələr - red.) Xəzər dənizində boru kəməri çəkilməsinin əleyhinə çıxırlar.

Bununla yanaşı, "Qazprom" Azərbaycana Nabucco-nun alternativini təklif edir və qazın hamısını almaq istəyir. Rusiya ilə Qərb arasında maraqlarının balansını təmin etmək istəyən Bakı çətin ki bu tələyə düşə.

VR "Şahdəniz" yatağından qaz üçün boru kəməri seçəndə öz geosiyasi prioritetlərini diqqətlə sərf-nəzər etməlidir. BP Azərbaycanda qəzetlərin başlığında sayrışan böyük aktivlərə malik ola bilər, amma Rusiyadakı çox mənfəətli - problemli olsa da - maraqları üzündən nəfsini saxlamalıdır. Bakını (təkcə Bakınımı? - red.) məmnun etmək üçün Moskvanı qəzəbləndirmək mənasız olardı, deyə FT hesab edir.


Geri qayıt