Əsas Səhifə > Siyasət, Manşet > TOVUZUN İCRA BAŞÇISI “GİROV” DÜŞÜB
TOVUZUN İCRA BAŞÇISI “GİROV” DÜŞÜB29-02-2012, 12:37 |
ƏGƏR BELƏ OLMASAYDI RAYONU BİR BAŞQA MƏMUR İDARƏ ETMƏZDİ… DİA.AZ: - Tovuz rayonu deyəsən, artıq nə sakinlərin, nə də İcra Hakimiyyəti başçısının nəzarətindədir. Çünki son bir ay ərzində yerli Maliyyə İdarəsinin rəisi Mübariz Salmanov rayonu sözün həqiqi mənasında monopoliyaya alıb. Rayondakı mənbələrin DİA.AZ-a söylədiklərinə görə, bu gün Tovuzda hər hansı bir idarə, təşkilat M.Salmanovun icazəsi olmadan bir manat da olsa, pul götürə bilmir. Bildirilir ki, dövlət büdcəsindən ayrılan vəsaiti götürmək üçün ağlasığmaz şərtlər qoyan Mübariz Salmanovun bu hərəkətinə Rayon İcra Hakimiyyətinin başçısı da bir söz deyə bilmir. Mənbənin sözlərinə görə, büdcədən pul götürmək üçün bəlli faizi ödəmək artıq yetərli deyil, həm də görülən hər hansı bir işdə M. Salmanovun şərikliyi təmin edilməlidir. Bildirilir ki, bu baxımdan ən acınacaqlı vəziyyət təhsil şöbəsi ilə bağlıdır. Vurğulanır ki, Mübariz Salmanovun bu cür özbaşınalığına görə bəzən həftələrlə əmək haqlarını almaq mümkün olmur. Amma bunun qarşılığında M.Salmanovun Tovuzda yeni biznes forması yaratdığı da deyilir. Söhbət bir neçə günlük möhlətlə iş adamlarına faizlə pul verməkdən gedir. Yerli banklardan biri ilə işbirliyi quran Mübariz Salmanovun bu "sövdələşməsi" artıq ciddi bir biznesə çevrilib. Onun maraqlı "biznes formalarından" biri də Maliyyə Nazirliyinin adından istifadə etməsidir. Mənbənin sözlərinə görə, o, yerli təşkilat rəhbərlərini hər ay Maliyyə Nazirliyinin və Hesablama Palatasının yoxlama aparacağı adı ilə hədələyib, özünə tabe etdirir. Bildirilir ki, M.Salmanov dəfələrlə rayon icra başçısı ilə də bağlı ciddi faktlara sahib olduğunu və yeri gələrsə, onunla da ilgili tədbirlər görmək gücündə olduğunu deyib. Çox maraqlıdır ki, Rayon İcra Hakimiyyətinin başçısı da Mübariz Salmanovun addımlarına qarşı hər hansı bir söz demir. Belə çıxır ki, M.Salmanovda həqiqətən də icra başçısı ilə bağlı ciddi faktlar var. Geri qayıt |