Əsas Səhifə > Cəmiyyət, Manşet > TƏHSİL NAZİRLİYİ YENİDƏN TƏLATÜMDƏ

TƏHSİL NAZİRLİYİ YENİDƏN TƏLATÜMDƏ


28-02-2012, 15:49
TƏHSİL NAZİRLİYİ YENİDƏN TƏLATÜMDƏ

ŞAHRZA ƏLİYEVİN BARƏSİNDƏ HƏBS QƏRARININ ÇIXARILDIĞI BİLDİRİLİR

DİA.AZ: - Hazırda həbsdə saxlanılan və məhkəməsinə tədarük görülən təhsil nazirliyinin iqtisadiyyat şöbəsinin əməkdaşı Orxan Kərimovun işində yenilik var. Bu barədə məlumat DİA.AZ-a hökumət içindəki qaynaqlar tərəfindən verilib.

Mənbənin bildirdiklərindən belə aydın olur ki, istintaq zamanı Orxan Kərimovla bərabər əlavə ittiham hədəfi də müəyyənləşib: «Söhbət təhsil nazirliyi iqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyevdən gedir. Məlum olub ki, Şahrza Əliyev onlarla qeyri-qanuni tələbə köçürmələri prosesində iştirakçı olub. Konkretdəlillər var».

Qeyd edək ki, buna qədər də belə bir ittihamlar yerli mətbuat tərəfindən səsləndirilmişdi. Amma buna baxmayaraq təhsil nazirliyi bu kimi ciddi ittihamların fonunda yalnız susmaqla yetindi. İndi isə məlum olur ki, artıq ittiham edən tərəf dövlətin müstəntiqləri ola bilər.

Bildirək ki, bu arada bir başqa qaynaqlar hətta Şahrza Əliyevin barəsində həbs qərarının çıxarıldığını da söyləyirlər: «Doğrudur, bu qərarın icraya yönəldilməsi üçün «yuxarıların» razılığı verilməyib. Amma ilkin istintaq araşdırmaları zamanı ortaya çıxan faktlar belə bir addımın atılmasını zəruri edib».

Hələlik hansı addımın atılacağı bilinməsə də, Şahrza Əliyev üçün arzuolunmaz günlərin irəlidə olduğu da mənbəmizin söylədikləri arasında idi. Qeyd edək ki, «Cənub mafiyası» tərəfindən himayə olunan Şahrza Əliyevin məhz sözügedən himayədarları tərəfindən müdafiə olunduğu, hadisələrin ilkin ərəfəsində həbsdən qorunduğu da söylənilir.


Geri qayıt