Əsas Səhifə > Hadisə, Manşet > UŞAQLARIN XOCALI HAQQINDA SUALLARI

UŞAQLARIN XOCALI HAQQINDA SUALLARI


27-02-2012, 12:49
UŞAQLARIN XOCALI HAQQINDA SUALLARI

BALACA DOMRUL QİSAS DEYİR, RİAD İSƏ POLİSİ GÜNAHKAR HESAB EDİR

DİA.AZ: - Dünən Azərbaycan türkünün qan yaddaşına yazılmış bir faciənin - Xocalı qətliamının 20-ci ildönümü idi. Həm Azərbaycanda, həm qardaş Türkiyədə və həm də dünyanın əksər yerlərində bu faciə ilə əlaqədar möhtəşəm anım tədbirlərinin keçirilməsi xüsusi olaraq diqqətləri cəlb etdi.

Elə bu məsələdə Azərbaycanın gələcək əsgərlərinin - evlərimizdə olan körpə balaların da xüsusi həssaslığı diqqətçəkici idi. Həmin iki körpə balanın - ayrı-ayrı ailələrdə böyüyən Domrulla Riadın ataları ilə sorğu-sualını diqqətinizə təqdim edirik. DİA.AZ olaraq bu söhbətin sizlər üçün də maraqlı olacağını zənn etdik…

Domrulun sorğu sualı:

Gün ərzində Xocalı ilə bağlı verilişləri izləyən 6 yaşlı Domrul atasından soruşur:

- Ata, Xocalı nədir ki?

- Xocalı Azərbaycanın şəhəri olub. Necə ki, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir… eləcə də Xocalı şəhəri olub. Ermənilər isə bu şəhərin əhalisini qıraraq, Xocalını da yer üzündən siliblər…

Domrul bir az fikrə gedib, yenə soruşur:

- Bəs ermənilərin Xocalısı («şəhəri» nəzərdə tutur -red.) var?

- Var. Amma başqa adı var

- Biz niyə onların «Xocalısını» dağıtmırıq…

Təbii ki, bu 6 yaşlı Domrul öz aləmində Xocalıya görə qisas almamağımızı irad tutur burada…

Riadın sorğu-sualı:

8 yaşlı Riad atasından soruşur:

- Ata, Xocalı nədir?

- Bizim şəhərimiz olub. Ermənilər həmin şəhəri dağıdaraq, insanlarımızı da öldürüblər.

- Bəs polis onları niyə tutmur?

- Oğlum, bu polisin işi deyil. Biz eləməliyik bunu…

- Bəs biz niyə eləmirik?

Təbii ki, bu yerdə valideyn yalnız susmalı olur…

Haqlı iradın qarşısında necə susmayasan ki?..


Geri qayıt