Əsas Səhifə > Hadisə, Manşet > HAKİMİYYƏTƏ YENİ İSLAHAT ŞƏRTLƏRİ
HAKİMİYYƏTƏ YENİ İSLAHAT ŞƏRTLƏRİ27-02-2012, 12:32 |
AMERİKA RƏSMİ BAKI İLƏ MÜNASİBƏTLƏRİNİ YOLUNA QOYMAQ İSTƏYİR DİA.AZ: - Neçə müddətdir ki, Amerika-Azərbaycan münasibətlərində ciddi sərinlik müşahidə olunmaqdadır. Bunun isə səbəbləri hər kəsə məlumdur. 2 il Azərbaycanda səfir saxlamayan və Metyu Brayzanın gedişindən sonra, Bakı ilə diplomatik əlaqələrini qeyri-leqal olsa da, yenidən donduran ABŞ hökumətinin bu davranışlarının səbəbsiz olmadığı məlum olur. Bu barədə DİA.AZ-a diplomatik qaynaqlardan ötürülən məlumatda bildirilir ki, əslində rəsmi Vaşinqton neçə müddətdir ki, Azərbaycan hakimiyyəti ilə danışıqlar masasına oturub: «Bəllidir ki, YAP iqtidarı daha çox Rusiyanın maraqları ilə ayaqlaşan bir siyasət yürütməkdədir. Və bu da təbii olaraq ABŞ-ın ürəyincə deyil. Amma buna rəğmən hazırki Azərbaycan iqtidarı okeanın o tayındakılar üçün ən sərfəlisi hesab olunduğundan Vaşinqton «ərəb baharı» dalğasının Azərbaycana transferi məsələsini ciddi şəkildə gözdən keçirmir. Əksinə, Amerika Azərbaycanda İlham Əliyevin başçılığı altında köklü islahatların həyata keçirilməsində maraqlıdır». Mənbəmiz bildirir ki, məhz buna görə də, ABŞ yerli Azərbaycan müxalifəti ilə də açıq-aşkar məsafə qorumaqdadır: «Diqqət yetirin, rəsmi Bakı ilə ABŞ-ın münasibətlərindəki gərginlik heç bir zaman Azərbaycanın siyasi müxalifətinin xeyrinə olan hansısa prosesə təkan verməyib və verməyəcək də. Yəni rəsmi Vaşinqton YAP iqtidaına qızdığından Azərbaycan müxalifətinə dəstək vermə siyasətindən uzaqdır. Amerikanın buradakı əsas marağı İlham Əliyevi öz partnyoruna çevirməkdir». Mənbəmiz bildirir ki, bu yöndə ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza kifayət qədər ciddi işlər görə bildi: «Metyu Brayzanın kimliyi barədə çox müəmmalı fikirlər mövcuddur. Məsələn, onun ABŞ kəşfiyyat şəbəkəsinin 33 əsas agentindən olması faktı var. Belə bir mühüm simanın Azərbaycanda 1 il var-gəl etməsini havaya sovrulan vaxt kimi dəyərləndirmək olmaz. Təbii ki, Metyu Brayza Bakıda bir il ərzində çox böyük işlər görüb». Mənbəmizin sözlərindən o da aydın olur ki, artıq rəsmi Vaşinqtonla Azərbaycan hakimiyyətinin münasibətləri qaydasına düşmək üzərədir: «Anlaşma qismən də olsa əldə olunub. Azərbaycan hakimiyyətinə konkret olaraq islahatların aparılması vacib olan ünvanlar nişan verilib. Burada daxili demokratik mühitin yaradılmasından tutmuş kadr və struktur islahatlarına qədər bütün məqamlar xüsusi incəliklə yer alıb». Məlumata görə, anlaşmada ABŞ tərəfinin də öz öhdəliyi var: «Bu gün Azərbaycan rəsmi Tehranın basqıları altındadır. Belə bir şəraitdə Rusiyanın sözügedən proseslərə hansısa formada müdaxiləsi söz konusu deyil. İsraillə olan əməkdaşlıq isə Bakını qane edəcək səviyyədə deyil. Belə olan təqdirdə ABŞ-ın Azərbaycana dəstəyi mühümdür. Unutmayın, bu yaxınlarda amerikalı ekspertlərdən biri də açıq şəkildə bəyan etmişdi ki, İran-Azərbaycan çatışması düşərsə, Türkiyədən daha tez ABŞ Azərbaycanın yanında olacaq. Və əldə olunan anlaşma da bunu şərtləşdirir». Geri qayıt |