Əsas Səhifə > Hadisə > BU DƏFƏ DƏ HƏRBİ YÜK MAŞINIMIZ AŞIB

BU DƏFƏ DƏ HƏRBİ YÜK MAŞINIMIZ AŞIB


27-02-2012, 10:55
BU DƏFƏ DƏ HƏRBİ YÜK MAŞINIMIZ AŞIB

MİLLİ ORDUNUN 7 HƏRBİ QULLUQÇUSU XƏSARƏT ALIB

Azərbaycanda hərbçiləri daşıyan yük maşını qəzaya uğrayıb.

APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində qeydə alınıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus, əsgərləri daşıyan “Zil” markalı yük maşını dağlıq ərazidə yoldan çıxaraq aşıb. Nəticədə yeddi hərbi qulluqçu xəsarət alıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə fevralın 24-də Tərtər rayonu ərazisində qeydə alınıb. Hadisə baş verən kimi dərhal əraziyə Bakıdan cərrahlar ezam edilib. Fevralın 25-də isə müdafiə naziri Səfər Əbiyevin göstərişi ilə qəza nəticəsində xəsarət alan əsgərlər sanitar helikopterlə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətiriliblər. Onlara lazım olan tibbi yardım göstərilib. Qəzadan sonra əsgərlərin ikisinin vəziyyəti ağır olsa da, artıq onların durumu stabilləşib. Əsgərlərdən heç birinin həyatı üçün təhlükə yoxdur.


Geri qayıt