Əsas Səhifə > Gündəm, Manşet > BİLƏSUVARDAKI 11 QƏSƏBƏNİN 111 DƏRDİ
BİLƏSUVARDAKI 11 QƏSƏBƏNİN 111 DƏRDİ27-02-2012, 10:11 |
İCRA BAŞÇISI MAHİR QULİYEV CƏBRAYIL ADINA NECƏ PUL QAZANIR? DİA.AZ: - Biləsuvar rayonunda salınmış qaçqın qəsəbələrində baş verən özbaşınalıqlar haqda redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçilər Cəbrayıl rayon icra hakimiyyətinin başçısı Mahir Quliyevin burda bütün qanunları pozaraq açıq korrupsiya ilə məşğul olduğunu bildirir. DİA.AZ bildirir ki, əhalisinin əksəriyyətini cəbrayıllıların təşkil etdiyi Biləsuvar rayonundakı 11 qəsəbənin hər birində 435 ailə var və bu ailələri 5 nəfərdən götürdükdə 24 min sakin edir ki, onlara ayda 960 min litr ağ neft verilməlidir. Redaksiyamıza göndərilən şikayətdə isə bildirilir ki, hər ay adambaşına verilən 40 litr ağ neftin 10 litri kəsilir. Bu isə ayda 240 min litr deməkdir. Əgər ağ neftin ilin 5 ayında verildiyini nəzərə alsaq, deməli 1 milyon 200 min litr mənimsənilir. Bunun da məsuliyyəti Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin üzərinə düşür. Başqa bir məqam odur ki, təxminən min ailənin adı qəsəbələrdə qeydiyyatda olsa da, onlar iri şəhərlərdə yaşayırlar. Ona görə də onlara verilən 40 litrdən 20 litr kəsilir. Qəsabə sakinləri bildirir ki, bir müddət əvvəl Mahir Quliyev qəsəbənin Xanış Rüstəmov adına məktəbində keçirilən toplantı zamanı yanacağın niyə kəsilməsi ilə bağlı suala qəribə cavab verib. Deyib ki, nə vaxta qədər, Vahid Əhmədli ilə Yaqub Ağayev qəsəbəni tərk etməyəcək, belə də davam edəcək. Bildirək ki, Mahir Quliyevin adlarını çəkdikləri şəxslərdən Vahid Əhmədli Müsavat Partiyasının üzvü olsa da, Yaqub Ağayevin siyasi mənsubiyyəti yoxdur. Məlumata görə, Mahir Quliyevin təzyiqi ilə bir qrup şəxs Vahid Əhmədli ilə Yaqub Ağayevə qarşı məhkəmədə iddia qaldırıb. Nəticədə hər iki şəxs 500 manat məbləğində cərimə olunub. Məsələnin məhkəmə müstəvisinə çıxmasının səbəbi isə Vahid Əhmədli ilə Yaqub Ağayevin mətbuatda icra başçısına qarşı sərt ittihamlar irəli sürmələri olub. Cəbrayıl rayon icra hakimiyyəti başçısının sözügedən qəsəbələrlə bağlı maliyyə maxinasiyaları yalnız yanacaqla yekunlaşmır. Qəsəbələr istifadəyə veriləndən sonra 5 çadır şəhərciyinin əmlakının necə dağıdılması hələ də araşdırılmayıb. 2003-cü ildə çadır şəhərciyindən əhali qəsəbələrə köçürülən zaman 5 məktəb binası, 5 hamam, 5 şadlıq evi, 10 transformator və beton işıq dirəkləri sökülərək satılıb. Yaxud başqa bir fakt: məcburi köçkünlərə işıq pulsuz olduğu halda, 2009-2010-cu illərdə 11 qəsəbədən işıq pulu yığılıb və bu vəsaitin hara yönəldiyi naməlumdur. Təkcə 2009-cu ildə 14 min manat toplanıb. Bununla bağlı qəsəbə sakinlərinin şikayətindən sonra işıq pulu yığımı dayandırılsa da, heç bir müvafiq orqan həmin vəsaitin niyə yığıldığını və hara yönəldiyini araşdırmadı. Geri qayıt |