Əsas Səhifə > Gündəm > BİR İNSANLIQ DRAMI: XOCALI QƏTLİAMI

BİR İNSANLIQ DRAMI: XOCALI QƏTLİAMI


25-02-2012, 12:24
BİR İNSANLIQ DRAMI: XOCALI QƏTLİAMI

XOCALININ QİSASINI ALMAĞA, ƏDALƏTİ BƏRPA ETMƏYƏ HAZIRSANMI?

DİA.AZ: - 20 il əvvəl ermənilər Azərbaycan türkünə heç bir zaman unutmayacağı bir vəhşilik dərsini verdilər. Bəli, bizim üçün bu bir dərs idi. Hələ də içlərində erməniləri bağışlayanlarımız, ermənilərlə eyni masa arxasında oturmağa səbrlə yanaşanlarımız, «əşi ermənilər yaxşı idi, aramızı ruslar vurdu» deyənlərimiz üçün bir dərs idi.

Onlar bu vəhşilikləri ilə insanlıq adına uymadıqlarını, əsl mahiyyətlərini ortaya qoydular.

Təbii ki, bu bir müharibədir və biz müharibənin nə demək olduğun yaxşı dərk edirik. Yaxşı bilirik ki, müharibədə insanlar qətlə yetirilə bilər. Amma heç bir zaman Azərbaycan türkünə çatmayıb və çatmayacaq ki, müharibədə dinc əhaliyə vəhşicəsinə divan tutula bilər, qətlə yetirilmiş dinc sakinlərin cəsədləri belə işgəncələrə məruz qala bilər.

Bu kimi qeyri-insani, vəhşi duyğular hər zaman Tanrının sevərək yaratdığı Azərbaycan türkünə yad olub. Amma insanlıq adına utanc olan ermənilər Xocalı qətliamına imza atdılar ki, bunu da unutmağa bizlərin haqqı çatmır…

Unuda bilmərik. Nəinki unuda bilmərik, hətta qisas barədə düşünməliyik. Bəli, bizi insan olsaq belə, bu heyvan xislətlilərə özlərinə layiq şəkildə dərs verməliyik.

Bu gün Azərbaycan şəhərlərinin, kəndlərinin BƏZƏYİNƏ çevrilən şəhid məzarlarındakı uyuyan bacı və qardaşlarımızın ruhları da bu sarıdan nigarandır, bizdən bunu tələb edirlər.

Heç tək qalanda onların ruhlarının nigaran səslərini eşitmirsinizmi?

Onlar bizdən ədalətin bərpasını gözləyirlər. Onlar bizdən qisası gözləyirlər…

Hazırıqmı?! Hazır olmalıyıq və nəyin bahasına olursa-olsun müqəddəs bayrağımızı türkə Tanrı ərməğanı olan Qarabağımıza sancmalıyıq.

Bunun üçün yaşamağına dəyər…

Allah bütün şəhidlərimizin ruhunu şad etsin!

Geri qayıt