Əsas Səhifə > Siyasət, Manşet > PREZİDENTİ MTN-NİN MÜHAFİZƏSİ QORUYACAQ
PREZİDENTİ MTN-NİN MÜHAFİZƏSİ QORUYACAQ24-02-2012, 13:59 |
HAKİMİYYƏT DAİRƏLƏRİ ÇOX CİDDİ STRUKTUR İSLAHATLARINA HAZIRLAŞIR DİA.AZ: - Uzun müddətdir ki, əslində fövqəladə hallar nazirliyinə alternativ bir struktur kimi mövcudluğunu qoruyub saxlayan Nazirlər Kabinetinin strukturlarından biri - Fövqəladə Hallar üzrə Dövlət komissiyasının ləğv ediləcəyi barədə mətbuatda məlumatlar dolaşsa da, hələ də bu istiqamətdə heç bir irəliləyiş müşahidə olunmayıb. Hətta rəsmi Bakı beynəlxalq qurumlardan «struktur islahatları» adı altında aldığı pulları xərclədikdən sonra belə sözügedən qurum mövcudluğunu qorudu. DİA.AZ-a iqtidardakı mötəbər mənbələrdən ötürülən məlumatda isə bildirilir ki, nəhayətdə rəsmi Bakı bu yöndə islahatlar aparmaq məcburiyyətində qalıb. Bu barədə danışan mənbə bildirir ki, bu ilin may ayından sentyabr ayına qədər bir sıra dövlət qurumlarında struktur islahatların həyata keçirilməsi ilə bağlı YAP iqtidarı beynəlxalq qurumlar qarşısında yeni öhdəlik götürüb. Həmin öhdəlikdə ixtisara düşəcək strukturlardan ilki Abid Şərifovun «kantorudur». Bu barədə mənbəmizin söylədikləri: «Paralel olaraq bəzi dövlət qurumlarının birləşdirilməsi ideyaları da mövcuddur. Məsələn, bir müddət əvvəl ortaya iki ideya atıldı. Bunların heç biri təsadüfi deyil. Söhbət «Azenerji» ASC-nin Dövlət Neft Şirkətinə, Dövlət Gömrük Komitəsinin isə Vergilər Nazirliyinə birləşdirilməsindən gedir. Hələlik bu ideyalar QHT rəhbərlərinin təklifi kimi gündəmə daxil edilsə də, əslində bu məsələ də beynəlxalq qurumlarla hakimiyyət arsında müzakirə predmetidir». Mənbəmiz yalnız onu vurğuladı ki, sözügedən qurumların taleyinə hələlik aydınlıq gətirilməsə də, konkret olaraq Abid Şərifovun rəhbərlik etdiyi dövlət komissiyasının məsələsi tam şəkildə həll edilib: «Abid Şərifov yalnız baş nazirin müavini kimi fəaliyyətini qoruyub saxlayacaq». Redaksiyamıza daxil olan məlumatlardan o da aydın olur ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin də ləğv edilərək, Milli Təhlükəsizlik Nazirliyinə birləşdirilməsi planlaşdırılır. Qeyd edək ki, nə zamandır belə bir ideya mövcud olsa da, Prezident Administrasiyasının rəhbərliyi və eyni zamanda XDMX-nin rəhbəri Vaqif Axundov məlum yeniliyə qarşı getməkdədirlər. Hətta MTN rəhbərliyi bu səbəbdən davamlı olaraq sözügedən dövlət qurumları tərəfindən hədəfə alınıb, onlara qarşı mətbu kampaniya da həyata keçirilib. Mənbəmiz bildirir ki, artıq bununla bağlı da yekun qərar verilib və qeyd olunan müddət ərzində sözügedən struktur islahatları çərçivəsində XDMX-nin MTN-ə birləşdirilməsi proses də başa çatacaq. Məlumatı verən qaynağa görə, əslində bununla həm də hakimiyyət içində cərəyan edən münaqişələrdən biri yatırılmış olacaq: «Prezidentin bu konuda MTN rəhbərliyinə üstünlük verməsi faktdır. Və yenilik əslində həm də prezidentin mühafizəsinin də MTN-ə həvalə edilməsini zəruri edəcək». Geri qayıt |