Əsas Səhifə > Cəmiyyət > “HİLTON BACU HOTEL” AÇILDI, AMMA…

“HİLTON BACU HOTEL” AÇILDI, AMMA…


4-10-2011, 17:14
“HİLTON BACU HOTEL” AÇILDI, AMMA…

İSTİFADƏYƏ VERİLMƏDİ

Dünən dövlət başçısı tərəfindən açılışı olan “Hilton Baku Hotel”i 11 oktyabr tarixində istifadəyə veriləcək.

“Qafqazinfo”ya daxil olan məlumata görə, “İSR” şirkətlər qrupunun vitse-prezidenti və “İSR Kapital İnvestment” şirkətinin direktoru Zafer Tangil “Hilton Baku Hotel” mehmanxanasının açılışı münasibətilə bildirib ki, “Hilton Baku Hotel” mehmanxanasının fəaliyyətə başlaması Azərbaycanın turizm və mehmanxana sahəsində yeni səhifə açacaq və daha tələbkar turistlərin ölkəyə cəlb edilməsinə böyük töhfə verəcək: ““Hilton” Mehmanxanalarının dünya üzrə təklif etdiyi xidmətlərin keyfiyyəti çoxuna yaxşı məlumdur. “Hilton Baku Hotel” də bütün qonaqlarına həmin yüksək keyfiyyəti verərək, turizm və mehmanxana sahəsində ən vacib amil olan “Müştəri məmnuniyyətinə” nail olacaq”.

“Hilton Baku Hotel”i oktyabrın 11-də istifadəyə veriləcək


Geri qayıt