Əsas Səhifə > Hadisə > MİLLİ MƏCLİS SƏDRİNDƏN RUSİYAYA İTTİHAM
MİLLİ MƏCLİS SƏDRİNDƏN RUSİYAYA İTTİHAM24-02-2012, 12:28 |
“ERMƏNİSTAN XOCALI SOYQIRIMINI HAVADARLARI İLƏ HƏYATA KEÇİRİB” Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar parlamentin xüsusi iclasında çıxış edib. APA-nın xəbərinə görə, O. Əsədov Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu söyləyib. O bildirib ki, Xocalı qırğını 100 ildən artıq yaşı olan siyasətin davamıdır: “Ermənilər Xocalı soyqırımını öz havadarlarının köməkliyi ilə həyata keçiriblər”. O. Əsədov bugünkü Azərbaycan Respublikasının hər sahədə, o cümlədən hərbi sahədə Ermənistandan güclü olduğunu vurğulayıb: “Ermənistan heç bir sahədə özünü Azərbaycanla müqayisə edə bilməz. Azərbaycan prezidentinin də dediyi kimi, sülh danışıqları nəticə verməsə, Azərbaycan başqa vasitələrə əl atacaq. Ancaq həmin vaxt Ermənistan məsələnin sülh danışıqları ilə həllinə razılaşmadığına görə peşman olacaq”. Geri qayıt |