Əsas Səhifə > Siyasət, Manşet > DGK İSTİNTAQ İDARƏSİNDƏ KORRUPSİYA

DGK İSTİNTAQ İDARƏSİNDƏ KORRUPSİYA


24-02-2012, 12:18
DGK İSTİNTAQ İDARƏSİNDƏ KORRUPSİYA

VƏTƏNDAŞƏN 25 MİN DOLLAR PULUNU KİM VƏ NİYƏ MƏNİMSƏYİB?

DİA.AZ: - Adının çəkilməsini istəməyən mənbə DİA.AZ-a çox ilginc məlumat verib. Ölkədə korrupsiyaya qarşı ciddi mübarizənin getdiyi bir vaxtda, gündə bir məmurun həbs olunduğu məqamda mənbənin söylədikləri diqqətimizi cəlb etdi. Düzdür, iş vaxtının axırı olduğu üçün qarşı tərəfin fikirini öyrənə bilməsək də mənbəmizin mötəbərliyinə şübhə etmədiyimiz üçün məlumatı dərc edirik.

Mənbə bildirir ki, ötən ilin avqust ayında İrandan Azərbaycana qayıdarkən Həsən adlı vətəndaşımız Biləsuvar gömrük postunda guya üstündə psixotrop maddə olması səbəbi ilə saxlanılıb. Və materiallar Dövlət Gömrük Komitəsinin ( DGK ) İstintaq idarəsinə göndərilib.

Bir müddət sonra Həsən adlı şəxs DGK-nin İstintaq İdarəsinə çağrılıb. İdarənin müstəntiqi Rövşən Nuriyev Həsəni həbs olunacağı ilə hədələyərək ondan 25 min dollar pul tələb edib. Və bildirib ki, əgər bu pulu versən məsələ elə idarədə bitəcək, verməsən işi məhkəməyə göndərəcəyik. Xəstə olduğunu bildirən Həsən müstəntiqdən vaxt istəyib. Və bir neçə gündən sonra 25 min dollar pulu Rövşən Nuriyevə çatdırıb. Ancaq bir müddətdən sonra Həsəni məhkəməyə çağırıb 2 il şərti iş veriblər.

Məsələni belə görən Həsən müstəntiqlə görüşüb pulunu geri istəyir. Uzun çək-çevirdən sonra Rövşən Nuriyev axır ki, pulun 3 min 500 dollarını qaytarır. Həsən isə neçə aydır ki, pulun qalan hissəsini tələb etsə də müstəntiq pulun qalan hissəsini qaytarmır. Əksinə Həsənə hədə-qorxu gəlir ki, işi təzələyə bilərəm.

Mənbə onu da bildirdi ki, Rövşən Nuriyev Azərbaycan Respublikası Prezident Administarsiyasının Dövlət Nəzarəti şöbəsinin müdiri Eldar Nuriyevin qardaşı oğludur. Və Rövşən Nuriyev düz 3 dəfə belə məsələlərə görə DGK sədri Aydın Əliyev tərəfindən töhmət alıb, ancaq əmisinə görə onu işdən azad etməyiblər.

Mənbə bildirdi ki, zərərçəkən Həsən adlı şəxs pulunu geri almaq üçün ölkə başçısına müraciət etməyə hazırlaşır.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.


Geri qayıt