Əsas Səhifə > Gündəm, Manşet > ARDNŞ-DƏ AZƏRBAYCAN QANUNLARI İŞLƏMİR
ARDNŞ-DƏ AZƏRBAYCAN QANUNLARI İŞLƏMİR24-02-2012, 12:10 |
RÖVNƏQ ABDULLAYEVİN «KANTORU» NAzİRLƏR KABİNETİNİN QƏRARINA QARŞI DİA.AZ: - Məlum olduğu kimi, Novruz bayramı ilə əlaqədar Azərbaycanda 7 gün iş olmayacaq. Verilən məlumatlardan da aydın olur ki, üç gün əvvəl Nazirlər Kabineti Novruz bayramı ilə əlaqədar istirahət günləri ilə bağlı qərar qəbul edib. Məlumata görə, Novruz bayramı ilə əlaqədar martın 20-dən 24-nə kimi qeyri-iş günü olacaq. Mart ayının 24-nün şənbə gününə düşməsi ilə əlaqədar olaraq Nazirlər Kabineti martın 26-nı da qeyri-iş günü elan edilib. Amma deyəsən, Nazirlər Kabinetinin bu qərarı heç də bütün dövlət müəssisələrinə aid deyil. Məsələn, Dövlət Neft Şirkətində, yəni Rövnəq Abdullayevin rəhbəri olduğu qurumda tamam fərqli qərarlar qüvvədədir. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, ARDNŞ-a aid bütün qurumlarda dövlətin yox, Rövnəq Abdullayevin qərarları qüvvədədir ki, bu da əslində Azərbaycan qanunlarının ayaq altına alınmasına bərabər bir haldır. Mötəbər mənbənin bildirdiyinə görə, Nazirlər Kabineti tərəfindən məlum qərarın verilməsinə baxmayaraq, ARDNŞ sistemində çalışan bütün işçilərə tamam fərqli qayda tətbiq olunur: «İndidən artıq hər bir işçiyə bildirilib ki, qeyri-iş günlərindən başqa, bayrama düşən bütün iş günləri əgər hansısa ARDNŞ əməkdaşı vəzifəsinin başında olmazsa, o zaman həmin günün əməkhaqqısı, yəni bayrampulu onların maaşlarından tutulacaq. Belə bir qaydanın tətbiqinin qanunsuzluğuna diqqəti çəkən mənbəmiz onu da bildirdi ki, artıq bəzi işçilər Rövnəq Abdullayevə şəxsən müraciət etməyə hazırlaşırlar: «Çünki bu vaxta qədər belə bir hal müşahidə olunmayıb». Geri qayıt |