Əsas Səhifə > Hadisə > RƏSMİ KİYEVDƏN AZƏRBAYCANA ŞOK ZƏRBƏ
RƏSMİ KİYEVDƏN AZƏRBAYCANA ŞOK ZƏRBƏ23-02-2012, 13:13 |
UKRAYNA "DAĞLIQ QARABAĞ RESPUBLİKASI"NI TANIYIRMIŞ Son bir il ərzində Ermənistanın Dağlıq Qarabağla bağlı apardığı siyasətdə ciddi dəyişikliklər müşahidə olunmaqdadır və bu dəyişikliklər kifayət qədər təhlükəlidir. Belə ki, ötən illər Ermənistan beynəlxalq təşkilatların imkanlarından bəhrələnərək mövcud statusu saxlamağa daha çox çalışırdı və ATƏT-in Minsk Qrupu çərçivəsindən kənara çıxmağa maraq göstərmirdi. Amma indi tamam fərqli situasiya yaranıb və Ermənistan faktiki olaraq danışıqların aparılması ilə paralel olaraq həm də artıq Dağlıq Qarabağın müstəqil bir subyekt olaraq tanıdılması istiqamətində iş apareır. Apardığımız araşdırmalar da sübut edir ki, son bir ildə "Dağlıq Qarabağ Respublikası"ndan xarici ölkələrə səfərlər kifayət qədər artıb və bu səfərlər daha çox rəsmi səfərlər kimi təqdim olunur. Bununla yanaşı Ermənistan Dağlıq Qarabağda bəzi quruculuq işlərinə də start verib. Məsələn, son bir ildə Dağlıq Qarabağda bir neçə istirahət zonası yaradılıb, həmçinin beynəlxalq hava limanı inşa edilərək tamamlanıb. Bundan başqa özəl şirkətlərin də Dağlıq Qarabağa cəlb olunması müşahidə edilməkdədir. Bunlar nə deməkdir? Ekspertlər hesab edirlər ki, Dağlıq Qarabağda həyata keçirilən bu işlər əslində sabaha bir hazırlıqdır və bir zaman bildiriləcək ki, Dağlıq Qarabağ Azərbaycansız öz infrastrukturunu yaradıb və yerli sakinlər öz müqəddəaratını həll etmək gücündədir. Yəni hazırda zaman Ermənistanın xeyrinə işləyir. Bundan başqa, ötən illərlə müqayisədə sonuncu il erməni lobbisinin də Dağlıq Qarabağa həssas yanaşması müşahidə edildi. Belə ki, ötən il 4 marafon təşkil edildi və yığılan milyonlarla dollar pul Dağlıq Qarabağda bərpa işlərinə yönəldildi. Bu marafonlardan ikisi ABŞ-da, biri Rusiyada, digəri isə Fransada təşkil olundu. Ermənistan mətbuatının yazdığına görə, bu il işlər daha da sürətləndiriləcək və əsas məqsəd Qərb şirkətlərinin Qarabağa cəlbi olacaq. Bunu da xatırladaq ki, indinin özündə Dağlıq Qarabağda bir neçə şirkət fəaliyyət göstərir ki, onların arasında xüsusi olaraq İsveçrəyə məxsus brilyant müəssisəsini göstərmək olar. Amma bunlarla yanaşı müttəfiqlik etdiyimiz bəzi ölkələrin də Dağlıq Qarabağa yanaşmasında maraqlı məqamlar ortaya çıxıb. Belə ki, bir ay öncə Ukraynada Qarabağ savaşının iştirakçılarının reabilitasiyası keçirilib. Bu kursda azərbaycanlılarla yanaşı ermənilər də iştirak edib. Hadisə şahidi İlham Məhərrəmov bildirir ki, Dağlıq Qarabağdan gələn ermənilərdə "Dağlıq Qarabağ Respublikası" pasportları var idi və onlar Ukraynaya məhz bu pasportlarla gəliblər. Apardığımız araşdırmalar maraqlı faktları ortaya çıxartdı. Aydın oldu ki, həqiqətən də, artıq bir neçə ildir ki, Dağlıq Qarabağ erməniləri öz pasportlarına sahibdilər və bu pasportlar Fransada yüksək keyfiyyətlə hazırlanıb. Həmçinin Dağlıq Qarabağ ermənilərinin böyük əksəriyyətinin Ermənistan vətəndaşlığıda var. Bildirilir ki, Dağlıq Qarabağ erməniləri əsasən possovet məkanında "DQR" pasportlarından istifadə edə bilirlər. Ukraynaya gedən Dağlıq Qarabağ erməniləri də belə pasportdan istifadə edib. Bununla yanaşı əldə etdiyimiz başqa maraqlı fakt isə budur ki, Dağlıq Qarabağ erməniləri İrana da məhz bu pasportlarla rahatca gedə bilirlər. Qeyd edilir ki, hətta bununla bağlı İran rəsmiləri ilə Ermənistan rəhbərliyinin razılaşması da olub. Maraqlıdır, bəs heç bir dövlət tərəfindən rəsmi dövlət olaraq tanınmayan Dağlıq Qarabağ ermənilərinin bu pasportları hansı qaydalarla qəbul olunur? Ekspertlər bildirirlər ki, məsələnin heç bir hüquqi əsası yoxdur. Sadəcə olaraq, bəzi hallarda müəyyən ölkələr qeyri-rəsmi razılaşma əsasında belə addımlar atırlar. Məsələn, Abxaziya vətəndaşları saxta Abxaz pasportları ilə Rusiyaya və bəzi MDB ölkələrinə gedə bilirlər. Düzdür, bunun hüquqi əsasları yoxdur. Amma ortada ümumi razılaşma var. O ki, qaldı Ukraynaya, bildirilir ki, Ukrayna ilə Azərbaycan arasında sıx əməkdaşlıq var və görünür, bu hansısa məmurlar səviyyəsində həyata keçirilir. Belə halların qarşısını almaq üçün isə Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi şəkildə bu dövlətlərə bir daha müraciət etməli və baş verən inisidentlərin qarşısının alınmasına çalışmalıdır. Çünki sonra bu daha kütləvi hal ala bilər. “Unikal” qəzeti Geri qayıt |