Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏTİN YENİ MƏTBU PROJESİ

HAKİMİYYƏTİN YENİ MƏTBU PROJESİ


23-02-2012, 11:42
HAKİMİYYƏTİN YENİ MƏTBU PROJESİ

İQTİDAR VİRTUAL MƏKANDA YERİNİ MÖHKƏMLƏDİR: HƏDƏFDƏ MÜXALİFƏTDİR

DİA.AZ: - Son günlər internet məkanına xüsusi olaraq artmaqdadır. Bu isə öz növbəsində siyasi düşərgələrin də sözügedən aləmə marağını artırıb. Çap mətbuatında olduğu kimi, artıq virtual olaraq da cəbhələşmə mövcuddur. Artıq iqtidara və müxalifətə aid onlarla təbliğat vasitəsi fəaliyyət göstərməkdədir.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.site) daxil olan məlumatlara görə, hakimiyyət yeni internet projesinə imza atmağa hazırlaşır. Məlumatı verən mənbə iddia edir ki, bu layihənin hədəfi müxalifət düşərgəsinə aid tanınmış simalarla bağlı kampramat xarakterli materialların açıqlanması olacaq.

Hələlik tam olaraq dəqiqləşdirə bilmədiyimiz məlumatda o da bildirilir ki, «VƏTƏNİNFO.AZ» adlanacaq yeni xəbər portalına çox ciddi maliyyə də ayrılıb: «Yeni sayt üçün şəhərin mərkəzində geniş, təmir olunmuş ofisin tutulmsı ilə yanaşı, bir çox qəzetlər üçün belə astronomik görünən aylıq qonorar büdcəsi ayrılıb. Eyni zamanda bu portala ölkənin tanınmış müstəqil yazarlarının da cəlb edilməsi planlaşdırılır».

Onu da bildirək ki, hakimiyyət davamlı olaraq bu kimi layihələrə imza atıb və burada əsas məqsədlərdən biri də müxalifət mətbuatını bir növ yazarsız qoymağa xidmət edir. Elə bu günlərdə nəşrə başlaması planlaşdırılan keçmiş deputat Aynur Camalqızının da qəzetində məhz dünənə qədər müxalifliyi ilə seçilən jurnalistlər çalışacaq.

«VƏTƏNİNFO» ilə bağlı məlumatı verən mənbə onu da bildirdi ki, sözügedən xəbər saytının artıqıq kampramat bazası indidən formalaşıb və hətta həmin bazada ayrı-ayrı müxalif simaları çətin durumda qoyacaq videomateriallar da var.

HAKİMİYYƏTİN YENİ MƏTBU PROJESİ

Bildirək ki, portala iqtidara yaxınlığı ilə seçilən Nahid Canbaxışlının rəhbərlik edəcəyi söylənilir.

Mövzu diqqətimizdədir…

Geri qayıt