Əsas Səhifə > Hadisə, Manşet > «KÜRD DİPLOMAT» QƏZETİNƏ QADAĞA
«KÜRD DİPLOMAT» QƏZETİNƏ QADAĞA22-02-2012, 15:26 |
RƏSMİ BAKI HƏR TÜRLÜ SEPARATÇILIĞA QARŞI SƏRT ADDIMLAR ATACAQ DİA.AZ: - Neçə müddətdir ki, Azərbaycanda nəşr olunan və açıq-aşkar Türk Dünyasının, xüsusən də qardaş Türkiyənin milli-dövlətçilik maraqlarını hədəfinə çevirən Tahir Süleymanın baş redaktorluq etdiyi «Kürd Diplomat» qəzetinin fəaliyyətinə qadağa qoyula bilər. Bu barədə məlumatı «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.site) hüquq-mühafizə orqanlarındakı mənbələr ötürüblər. Xatırladaq ki, bu qəzet Azərbaycan və Türkiyə türkcələrində, habelə rus və kürd dillərində məqalələr dərc edir və bu məqalələrdə birbaşa olaraq separatçılıq təbliğ olunur, 30 min insanın qatili olan terrorçu Abdullah Öcalan «qəhrəman» kimi təbliğ edilir və qardaş Türkiyənin əraziləri «Kürdüstan» kimi təqdim olunur. Bir sözlə, bu qəzetdə yer alan materialların biabırçılıq şiddətini təsvir etməyin özü belə çətindir. Vəziyyət o həddədir ki, hətta Azərbaycanın Milli Məclisinin tribunalarından da «Kürd Diplomat»la bağlı ölçünün götürülməsi səsləndirilib. Zamanında bu tələblə çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan - türk torpağında oturub qardaş Türkiyəni hədəfə alan bu qəzetin rəhbərliyi ilə bağlı müvafiq ölçünün götürülməsi üçün Milli Təhlükəsizlik Nazirliyinə müraciət etsə də, deputatın bu təşəbbüsləri dövlət qurumları tərəfindən qulaqardına vuruldu. Amma əldə etdiyimiz son məlumatlar isə təsdiqləyir ki, artıq bu yöndə cidi hərəkətlənmə var və hətta «Kürd Diplomat», eləcə də bu qəbildən olan separatçılığı təbliğ edən digər mətbu nəşrlərin də fəaliyyətinə qadağa qoyula bilər. Mənbəmiz bildirir ki, həmin nəşrlərin rəhbərliyinə hansısa formada cəzanın kəsilməsi nəzərdə tutulmasa da, qəzetlər mütləq dayandırılacaq: «Rəsmi Bakı hər türlü separatçılığa qarşı sərt davranma kursu götürüb. Və bu zaman hansısa ayrıseçkiliyə yol verilməyəcək. Hətta bu gün «Kürd Diplomat»ı dəstəkləyən hakimiyyətiçi kürd qruplaşması belə məlum prosesi önləmək iqtidarında deyil». Geri qayıt |