Əsas Səhifə > Cəmiyyət > “SƏRHƏDSİZ REPORTYORLAR” FƏRQİNƏ VARMADI

“SƏRHƏDSİZ REPORTYORLAR” FƏRQİNƏ VARMADI


22-02-2012, 13:48
“SƏRHƏDSİZ REPORTYORLAR” FƏRQİNƏ VARMADI

“JURNALİSTLƏR İRAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNİN GİROVUNA ÇEVRİLİB”

“Sərhədsiz reportyorlar” beynəlxalq mətbuat azadlığını müdafiə təşkilatı fevralın 17-də Bakıda İran TV-nin müxbiri Anar Bayramlının və bu televiziyanın sürücüsü Ramil Dadaşovun həbsindən narahatlığını bildirib.

“Azərbaycan hakimiyyəti mətbuatın boğulması üçün İrandakı metodlardan istifadə etməyə başlayıb”, - bəyanatda deyilir. “Şübhə yoxdur ki, milli təhlükəsizlik təmin olunmalıdır, lakin bu, paranoyaya çevrilməməli, yerli və xarici KİV-in bağlanmasına, hakimiyyəti tənqid edən şəxslərə “ağızlığın” taxılmasına səbəb olmamalıdır”.

“Bayramlı və Dadaşov dərhal zaminə buraxılmalıdır, istintaq düzgün və şəffaf olmalıdır. Lakin narkotik maddə saxlanmasına dair ittiham ondan xəbər verir ki, istintaq düzgün istiqamətdə aparılmayıb”, - bəyanatda vurğulanır.

Azərbaycanda onlarla islamçının həbsi bir-birini qeyri-dost münasibətdə ittiham edən Bakı və Tehran arasında münasibətlərin kəskinləşməsi ilə üst-üstə düşüb. Bu fonda hər iki ölkədə jurnalistlər əziyyət çəkir.

Belə ki, İranda da “antihökumət fəaliyyəti”nə görə bir neçə tanınmış jurnalist həbs edilib. Onların arasında Azərbaycan dilində çıxan “Yarpaq” qəzetinin müxbiri Səid Mətinpur da var.

Azərbaycanda islam-azeri.az veb-saytının redaktoru Ramin Bayramov silah və narkotik maddə saxlamaqda ittiham olunaraq həbs edilib.


Geri qayıt