Əsas Səhifə > Ölkə > MTN-DƏ MTN-NİN ƏMƏLİYYATINDAN MƏLUMATSIZDIRLAR

MTN-DƏ MTN-NİN ƏMƏLİYYATINDAN MƏLUMATSIZDIRLAR


22-02-2012, 12:27
MTN-DƏ MTN-NİN ƏMƏLİYYATINDAN MƏLUMATSIZDIRLAR

SON HƏBSLƏRİN ARXASINDAKI SİRR

Dünən AzTV-də evirə verilmiş film Milli Təhlükəsizlik Nazirliyinin 2008-ci ildə zərərsizləşdirdiyi mütəşəkkil terrorçu dəstə ilə bağlı film idi. Bu barədə MTN-nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev Turan-a bildirib.

AzTV-nin dünən yaydığı filmdə MTN İranın xüsusi xidmət orqanı olan “Sepah”ın və “Hizbullah”ın Azərbaycanda yaratdığı terrorçu dəstəni zərərsizləşdirməsindən bəhs edib.

Filmdə bildirilib ki, terrorçu dəstə Azərbaycanda xarici vətəndaşlara qarşı terror törədilməsi üçün yaradılıb. Dəstə İranın xüsusi xidmətinin (“Sepah”) tapşırığı ilə məlumatlar toplayıb. Filmdə dəstənin başçısı və onları təlimatlandıran İran xüsusi xidmət orqanının rəsmisi haqqında məlumatlar yer alıb.

Xatırladaq ki, 2012-ci ilin fevralında Azərbaycanın bir sıra regionlarında, o cümlədən, Bakıda, Nardaran qəsəbəsində, Sumqayıt, Gəncə və başqa şəhərlərdə iyirmiyədək islamçı saxlanıb. Onlar odlu silah, sursat, narkotik saxlama və digər ittihamlarla saxlanıb. Qohumlarının dediklərinə görə, həbsləri MTN və polis əməkdaşları həyata keçirib.

MTN-nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev Turan-ın bununla bağlı sualının cavabında “bununla bağlı MTN-nin İctimaiyyətlə Əlaqələr Mərkəzində hər hansı məlumat yoxdur” deyib.


Geri qayıt