Əsas Səhifə > Siyasət, Manşet > ZİYA MƏMMƏDOV SÖZÜNƏ ƏMƏL ETMƏDİ

ZİYA MƏMMƏDOV SÖZÜNƏ ƏMƏL ETMƏDİ


22-02-2012, 12:08
ZİYA MƏMMƏDOV SÖZÜNƏ ƏMƏL ETMƏDİ

TAKSİ SÜRÜCÜLƏRİ NİGARLA ELDARA ÜRƏK SÖZLƏRİNİ AÇIQLADILAR

DİA.AZ: - Nəqliyyat naziri Ziya Məmmədov bu ilin yanvar ayının 1-dən etibarən köhnə sovet maınlarının taksi kimi xidmət göstərməsini qadağan edəcəyini bəyan etsə də, sonradan sürücülərin bu qərara qarşı sərt çıxmaları NN şefinin planlarından imtinası ilə nəticələndi. Lakin soradan aydın oldu ki, Ziya Məmmədov müvəqqəti olaraq geri çəkilib.

Bu barədə mətbuata açıqlama verən nəqliyyat nazirliyinin sözçüsü Namiq Həsənovun bildirdiklərindən belə aydın oldu ki, may ayının 1-nə qədər həmin növ avtomobillərə toxunulmayacaq. Amma indi aydın olur ki, əslpində bütün bunlar Ziya Məmmədovun manevrləri iimiş. Bir növ taksi sürücülərinin başlarının altına yastıq qoyulub…

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.site) müraciət edən bir neçə sürücü şikayətlərində bildirirlər ki, dünəndən etibarən nəqliyyat nazirliyinin müfəttişləri yenə də sovet maşınlarının «ovuna» çıxıblar. Şikayət məktubunda deyilir: «Yenə də bizim taksi kimi xidmət göstərməyimizi əngəlləyirlər. Yeganə dolanışıq yerimizi əlimizdən alırlar. Deyəsən, əvvəlki mitinqlərdən sonra yenə də arxayınlaşıblar».

Narazı sürücülər bildirirlər ki, qorxa-qorxa işləməkdən yorulublar: «Ya birdəfəlik qanunlarla bu işi yoluna qoymalıdırlar (qanunda köhnə sovet maşınları ilə bağlı qadağa yoxdur), ya da bizə başqa iş verməlidirlər. Əks halda, biz yenə də öz haqqımızı tələb edəcəyik və özü də sərt formada».

Sürücülər daha sonra bildirirlər ki, «Avroviziya» yarışmasında Azərbaycanın qələbəsinə əvvəllər sevinmişdilərsə, indi bu qələbə bizim burnumuzdan gəlib: «Həmin yarışmada Azərbaycanı birinci yerə çıxan müğənnilərimiz bizdən inciməsinlər. Amma onlar bilməlidirlər ki, həmin qələbə ilə minlərlə ailəni ac qoyublar».

Geri qayıt