Əsas Səhifə > Cəmiyyət > UNİVERSİTET CABBAR SAVALANLIDAN SƏNƏD İSTƏYİR

UNİVERSİTET CABBAR SAVALANLIDAN SƏNƏD İSTƏYİR


21-02-2012, 15:01
UNİVERSİTET CABBAR SAVALANLIDAN SƏNƏD İSTƏYİR

“HƏLƏ UNİVERSİTET TƏLƏBƏSİ DEYİLƏM”

AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı fevralın 21-də “Media forum” saytına açıqlamasında universitetə tam bərpa olunmadığını bildirib: “Mənə deyirlər ki, bərpa olunmağımla bağlı əmr yoxdur, gərək hərbi komissarlıqdan arayış alasan. İki dəfə dərsə də getmişəm. Ancaq fevralın 20-da mənə bildirdilər ki, hələ universitet tələbəsi deyilsən”.

Cabbar Savalanlı 2011-ci il fevralın 5-də tutulub, narkotik vasitəni əldə etmə və saxlamada təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2011-ci il dekabrın 26-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. Həbs olunan zaman Sumqayıt Dövlət Universitetinin II kurs tələbəsi olan Cabbar Savalanlı 2011-ci ilin aprelində bu təhsil ocağından xaric edilib.

Cabbar Savalanlının təhsil aldığı tarix fakültəsinin dekanı Adil Baxşəliyev “Media forum” saytına açıqlamasında deyib ki, hərbi xidmətdən möhlət hüququ verən sənədi gətirdikdən sonra Cabbar Savalanlı universitetə tam bərpa olunacaq.


Geri qayıt