Əsas Səhifə > Siyasət, Manşet > ŞEYX DAHA BİR ADAMINI İTİRƏCƏK

ŞEYX DAHA BİR ADAMINI İTİRƏCƏK


21-02-2012, 13:13
ŞEYX DAHA BİR ADAMINI İTİRƏCƏK

SAHİBKARLARA DİVAN TUTAN ZƏRDABIN İCRA BAŞÇISININ “FƏTVASI” VERİLİB

DİA.AZ: - Artıq yerlərdə korrupsiyanın tüğyan etməsi xəbəri kimsəni maraqlandırmır. Çünki hər kəs bunu adi bir yaşantı kimi qəbul edir. Hətta korrupsiya ilə mübarizə görüntüsü də məlum rəyə təsir edəcək qədər deyil. Əslində burada qeyri-adi heç nə yoxdur. Ona görə ki, korrupsioner kimi həbs olunanlar sahibsizlər və yaxud da adları “qra siyahı”da olan qurbanlıqlardır.

Daha ciddi fiqurlar isə “korrupsioner ovu məngənəsi”nin dişlərindən kənarda qalır. Onlardan biri də Zərdab rayon icra hakimiyyətinin başçısıdır.

Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhrəmanlar Birliyi Zərdab rayon şöbəsinin sədri Sarıyev Vüqar Nazir oğlu “Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia-az.site) ünvanladığı öz ərizəsində göstərir ki, o, 2010-cu ildə Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin və RİH-nin Zərdab şəhəri üzrə nümayəndəsi Hafiz Kərimovun dələduzluq əməllərinin qurbanı olmuş, nəticədə 6000 (altı min) manat məbləğində maddi ziyana məruz qalıb.

Ərizədə bildirilir ki, 2010-cu ilin avqust ayında V.Sarıyev başçı L.Babayevlə görüşüb. Həmin görüşdə V.Sarıyev sahibkarlıqla məşğul olmaq niyyətini və bu məqsədlə ona torpaq sahəsi ayrılması (satılması) barədə xahişini icra başçısına bildirib. Qısa sürən müzakirələrdən sonra tərəflər 5000 (beş min) manat müqabilində yeni sahibkara 500 kv.m torpaq sahəsi ayrılacağı barədə razılığa gəlirlər.

Bir neçə gün sonra Vüqar Sarıyev razılaşdırılmış məbləği gətirərək nəğd şəkildə Lütvəli Babayevə verir və icra başçısı da öz növbəsində torpaq sahəsinin ayrılması və sənədlərin hazırlanmasına dair dərhal müvafiq göstərişlər verir. Daha bir neçə gündən sonra bütün lazımi sənədlər, o cümlədən 500 kv.m torpaq sahəsinin ayrılmasına dair Zərdab RİH memarlıq və tikinti şöbəsinin müdiri Sahid Əhmədo tərəfindən imzalanmış rəy, Dövlət Torpaq və Xəritəçəkmə Komtəsi Zərdab rayon şöbəsinin rəyi, Torpaq şöbəsi tərəfindən çəkilmiş plan, torpaq sahəsinin ayrılmasına dair tərtib olunmuş və on təşkilat tərəfindən imzalanmış akt hazırlanmış və həmin sahə V.Sarıyevə göstərilib.

Həm Lütvəli Babayev, həm də Hafiz Kərimov Vüqar Sarıyevə bildirirlər ki, bir neçə günə sərəncam veriləcək və artıq tikinti işlərinə başlamaq olar. Bu vədlərin müqabilində V.Sarıyev həmin ərazidə təqribən 1000 (min) manatlıq qum-çınqıl tökmə işləri gördürür. Lakin bütün bunlardan sonra sərəncam ləngidilərək hələ də verilmir.

Bir neçə gündən sonra isə L.Babayevin əsil məqsədi özünü büruzə verir. Belə ki, icra başçısı yeni formalaşan sahibkardan əlavə olaraq daha 5000 (beş min) manat ödəməsini tələb edir. Buna imkanı çatmadığını və ən əsası da bu tələbin razılaşmaya uyğun olmadığını bildirən Vüqar Sarıyev əlavə məbləği ödəməkdən imtina edir.

Lakin iştahasını boğa bilməyən L.Babayev də güzəştə getmir. Nəticədə isə V.Sarıyev həm sərəncamsız, həm də pulsuz qalır. Təbii ki, Lütvəli Babayevin və Hafiz Kərimovun aldıqları pulu qaytarmaq barədə düşündüklərini belə ehtimal etmək çətindir.

Vüqar Sarıyevin yeganə ümidi isə şikayət ərizəsi ilə müraciət etdiyi müxtəlif instansiyaların görəcəkləri tədbirlərə qalıb. Lakin bu instansiyaların da əksəriyyəti həmin ərizələri araşdırılması üçün məhz elə L.Babayevin üzərinə ünvanlayır.

Onu da xatırladaq ki, Lütvəli Babayev bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin adamı hesab olunur və onun qardaşı Hacı Xanəli Babayev Mingəçevirin və Şirvanın axundudur. Ona qarşı isə bir ara dövrü mətbuatda çox sərt ittihamlar irəli sürülmüşdü, hətta axund Mingəçevir mədrəsəsində təhsil alan azyaşlı qızlardan birini zorlamada da ittiham olunurdu. Hacı Xanəliyə qarşı ittihamlar içində onun narkotiklə bağlılığı ilə də məqamlar var idi.

İndi isə məlum olur ki, arxalarında Şeyxin dayandığı Babayev qardaşları yenə də şakyətlərə nədən olmaqdadırlar. Amma bu uzun sürməyəcək. Bu barədə redaksiyamıza məlumat verən hökumət içindəki qaynaq bildirir ki, Lütvəli Babayevin artıq vaxtı yetişib və onun vəzifədən çıxarılması an məsələsidir.

Qeyd edək ki, bir sıra KİV-lər son zamanlar ümumiyyətlə Şeyxin mövqelərinin zəifləməsi barədə xəbərlər yayırlar. Və ona görə də Hacı Allahşükür Paşazadənin əvvəlki qaydada Babayev qardaşlarının arxasında dayanmayacağı da məlum olur.

DİA.AZ - Ziya Yusifov ŞEYX DAHA BİR ADAMINI İTİRƏCƏK

Geri qayıt