Əsas Səhifə > Cəmiyyət > MİLLİ MƏCLİSİN QARŞISINA AKSİYA SALINDI

MİLLİ MƏCLİSİN QARŞISINA AKSİYA SALINDI


20-02-2012, 16:41
MİLLİ MƏCLİSİN QARŞISINA AKSİYA SALINDI

ADP-Çİ GƏNCLƏRİN TƏLƏBİ VAR

ADP mətbuat xidmətindən daxil olan məlumata görə, Azərbaycan Demokrat Partiyasının Gənclər Təşkilatı 1992-ci il 26 fevral tarixində baş vermiş Xocalı qətliamının AR Milli Məclis tərəfindən soyqırım kimi tanınması tələbi ilə Milli Məclisin qarşısında aksiya keçirmək barədə qərar qəbul edib və bu məqsədlə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalobova müraciət ünvanlayıb.

Müraciətdə AR Konstitusiyasının 49-cu maddəsinin və Sərbəst Toplaşmaq Haqqında AR Qanunun tələblərinə uyğun olaraq 25 fevral 2012-ci il tarixdə 50 nəfərin iştirakı ilə saat 15.00-dan 16.30-dək, 1992-ci il 26 fevral tarixdə baş vermiş Xocalı qətliamının Azərbaycan Respublikası Milli Məclisi tərəfindən soyqırım kimi tanınması tələbi ilə dinc aksiya keçirilməsinə şərait yaradılması və aksiyanın təhlükəsizliyinin təmin edilməsi xahiş olunur.


Geri qayıt