Əsas Səhifə > Cəmiyyət, Manşet > ƏRDOĞANIN BAKIYA TƏSİRİ VAR İMİŞ

ƏRDOĞANIN BAKIYA TƏSİRİ VAR İMİŞ


20-02-2012, 16:16
ƏRDOĞANIN BAKIYA TƏSİRİ VAR İMİŞ

BAŞ NAZİR OLA BİLMƏSİ ÜÇÜN TÜRKİYƏYƏ GEDƏN NAZİRİMİZ KİMDİR?

Ölkənin baş naziri Artur Rəsizadənin postu ilə vidalaşmasına sayılı günlər qaldı. Dəfələrlə səhhəti ilə bağlı işləyə bilmədiyini əsas gətirərək istefa ərizəsi yazdığı deyilən Artur Rəsizadənin ötən günlərdə yenidən bu istəkdə bulunduğu deyilir.

Məlumatda qeyd olunur ki, A.Rəsizadə açıq şəkildə səhhətində problem olduğunu bildirib və artıq bu postu idarə edə bilmədiyini bəyan edib. Hətta baş nazir iş otağından özünə məxsus sənədləri və əşyaları götürdub. Bu isə yaxın vaxtlarda yeni baş nazir təyinatının olacağından xəbər verir.

Yayılan bu xəbər baş nazir olmaq istəyən şəxsləri və ya onları dəstəkləyən qrupları yenidən ayağa qaldırıb. Hökumətə yaxın olan məlumatlı mənbə bildirir ki, baş nazir olmaq üçün mübarizəyə 3 böyük qruplaşma qoşulub.

Birinci quruplaşmada iki nazir ölkənin ikinci şəxsi olmaq üçün hətta bir-birilərini belə hədəfə götürüblər. Həmin nazirlərin heç birinin baş nazir olmaq üçün yuxarı dairələrdə dəstəklənmədiyi açıq şəkildə bildirilsə də, bu şəxslər hələ də istəklərini reallaşdırmaq üçün çalışırlar.

Digər iki qruplaşma isə Qərbin dəstəyinə güvənirlər. Lakin mənbə bildirir ki, nazirlərdən biri baş nazir olmaq üçün xarici səfərlər edir, əlaqələrini yenidən möhkəmləndirir. Bu tip xəbərlərdən biri də ötən günlərdə sözügedən nazirin Türkiyəyə qeyri-rəsmi səfər etməsidir. Ümumiyyətlə, ölkənin siyasi arenasında çox qəribə hal mövcuddur. Hər hansı nazir böyük səhvə yol veribsə, digər dost nazir onun üçün xahiş-minnətə yollanır.

Məsələn, dəfələrlə məlumatlara rast gəlmişik ki, kimsə kiminsə xahişini edib. İndi də baş nazir olmaq eşqinə düşən bu nazir məsələni kənardan gələn xahişlə reallaşdırmaq niyyətinə düşüb. Mənbə bildirir ki, baş nazir olmaq uçun uzun zamandır çalışan bu oliqarx məmur Türkiyəyə yollanıb. Bu məmurun adı bizə məlumdur. Amma səfər qeyri-rəsmi olduğu üçün həmin nazirin adını açıqlamırıq.

Səfərdə məqsəd Azərbaycanda baş nazir olmaq üçün özünə dayaq axtarmaq və müəyyən dairələrə lazım olan şəxslərlə görüşmək imkanının olmasını göstərməkdir. Mənbənin sözlərinə görə, iki gün Türkiyədə qalacaq bu məmurun Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğanla qeyri-rəsmi görüşü planlaşdırılıb. Yəqin ki, Azərbaycanda baş nazir olmaq üçün bütün variantlara əl atan nazir Ərdoğandan onun baş nazir olması üçün dəstək istəyəcək. Onu da bildirək ki, sözügedən şəxsin baş nazir Ərdoğanın qardaşı ilə biznes ortağı olması bildirilir.

Amma kimin nə deməsindən asılı olmayaraq, Azərbaycanın baş naziri ölkənin ictimai-siyasi həyatını dərindən bilən və dövlətin inkişafına çalışan şəxs təyin olunacaq. Ölkənin baş nazirinin təyinatı dövlət başçısının qərarından sonra müəyyənləşəcək.


Geri qayıt