Əsas Səhifə > Hadisə, Manşet > ŞƏKİ BAZARINDA ÖZBAŞINALIQ DAVAM EDİR

ŞƏKİ BAZARINDA ÖZBAŞINALIQ DAVAM EDİR


20-02-2012, 13:54
ŞƏKİ BAZARINDA ÖZBAŞINALIQ DAVAM EDİR

BAZAR RƏHBƏRLİYİ İNDİ DƏ SAHİBKARLARA UÇAN DAMI TƏMİR ETDİRİR

DİA.AZ: - Şəki bazarı ətrafında yaşanılan qalmaqal hələ də davam edir. Bu azmış kimi, son günlət Şəkiyə yağan qar bazar binasının damını da bir neçə yerdə çökdürüb. Rayondakı qaynaqlardan “Dünya” İnformasiya Agentliyi redaksiyasına daxil olan məlmatlardan aydın olur ki, bazarın damının çökməsi də rəhbərlik üçün əlavə bəhanə yaradıb:

“Artıq bazarda obyekti oan hər bir sahibkardan “Dam pulu” yığmağa başlayıblar. Halbuki damın təmiri məsələsi bazar rəhbərliyinə aid olan bir işdir. Elə sahibkar var ki, ondan az qala bütöv damın pulunu tələb edirlər”.

Onu da bildirək ki, bazardan və bazarın rəhbərliyindən kəskin şikayətlərin də ardı-arası da kəsilmir, Məsələn, bu arada yerli sahibkarlardan biri olan Nəbi Hüseynbəyli bir sıra dövlət orqanlarına, o cünlədən bizim redaksiyamıza aşağıdakı məzmunda məlumat göndərib. Surətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikası Prezidentinin İqtisadi Məsələlər üzrə köməkçisi Əli Əsədova, Azərbaycan Respublikasının Ədliyyə Naziri Fikrət Məmmədova, Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova, Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova, Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyevə, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Naziri Şahin Mustafayevə ünvanlanan məktubda Şəki şəhəri, M.F.Axundov prospekti 3B ünvanda yaşayan Hüsenbəyli Nəbi Məmməd oğlu deyir:

ŞƏKİ BAZARINDA ÖZBAŞINALIQ DAVAM EDİR

“Möhtərəm Prezident cənab İ.H. Əliyev və hörmətli cənablar!

Mən dəfələrlə Sizlərə müraciət edərək Şəkidə yerləşən bəzi obyektlərdə, o cümlədən «Şəki bazar» ASC-də hökm sürən tam özbaşınalıqdan, heç bir təhlükəsizlik, antisanitariya, əsas da yanğına qarşı heç bir qaydalarına riayət olunmamasından, ancaq pul mənimsəyib, vergidən və sair qanunvericilikdən yayınmaqdan məlumat vermişdim. Buna bir daha bu gün, 17.02.2012-ci il tarixdə günorta saatlarında ASC-nin inzibati binasının cənub hissəsinin qəflətən uçması əyani sübutdur. ASC-də sahibkarlıqla məşğul olan və bazara alış-verişə gələnlərin həyatına bu soyğunçular belə laqeydlik göstərirlər.

ŞƏKİ BAZARINDA ÖZBAŞINALIQ DAVAM EDİR

Yuxarıda göstərilənləri nəzərə alaraq ciddi tədbirlər görməyinizi bir daha Sizlərdən xahiş edirəm”.

Mövzu diqqətimizdədir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...


Geri qayıt