Əsas Səhifə > Hadisə, Manşet > TELEKANALLARDAN MÜĞƏNNİYƏ SAYĞISIZLIQ
TELEKANALLARDAN MÜĞƏNNİYƏ SAYĞISIZLIQ20-02-2012, 13:39 |
BALOĞLAN ƏŞRƏFOVUN ADINA HANSI MƏMUR QADAĞA QOYA BİLƏR? DİA.AZ: - Tanınmış müğənni, Azərbayanın əməkdar artisti Baloğlan Əşrəfov da bəzi məmurların hədəfinə çevrilib. Bu barədə şok məlumatı redaksiyamıza məlumatlı dairələr verib. Hər halda, bu vaxta qədər hansısa siyasi simaya efir qadağasının qoyulduğunun şahidi olmuşduq. Elə bu günlərdə görkəmli ziyalımız Rəşid Mahmudovun də telekanallara çıxışının əngəlləndiyini bildirmişdik. Sonuncu dəfə ANS telekanalının «Günəbaxan» proqramında qonaq olan Rəşid Mahmudov çıxışı zamanı hakimiyyətin ünvanına çox sərt ifadələr işlətmişdi. O, Bakıda geylərin paradının təşkilt olunmasını həzm edə bilmədiyini əsəbi sözləri ilə diqqətə çatdırdıqdan sonra görkəmli ziyalımızın efirə çıxışı yasaqlandı. Hətta bildirildi ki, köhnə çəkilişlərini efirə verən ATV kanalının «Səni axtarıram» proqramında Rəşid Mahmudovun da qonaq qismində çıxış etməsi verilişi hazırlayanlara irad kimi səsləndirilib. İndi isə bənzər qadağanın hədəfinə Baloğlan Əşrəfovun çevrildiyi bildirilir. Bunu redaksiyamıza çatdıran mənbə hətta sübut da gətirir ki, 19 fevral tarixində günorta saat 2-də tanınmış müğənni Qaradağ rayonu ərazisində konsert proqramı ilə çıxış edib: «Konsert sırf olaraq xeyriyyə məqsədilə təşkil olunub və konsertdən əldə olunan gəlirin imkansız ailələrə və əlillərə verilməsi planlaşdırılıb. Amma buna baxmayaraq, heç bir mətbu orqan, xüsusən də telekanallarımız bu konsert proqramını işıqlandırmayıb». Mənbəmiz bildirir ki, konsert proqramında yalnız «Xəzər» telekanalının çəkiliş qrupu olsa da, onlar da Baloğlan Əşrəfovla bağlı mübhəm qadağa səbəbindən efirə heç bir material verməyiblər: «Məsələ o həddədir ki, hətta konsertin xeyriyyə məqsədilə təşkil olunmasına baxmayaraq, Qaradağ rayonunun yerli rəhbərliyi belə tanınmış müğənninin bu təşəbbüsünə dırnaqarası yanaşıblar». Hər halda, belə bir faktın mövcudluğu Azərbaycan üçün heç də xoş bir hal deyil. Ən azından Baloğlan Əşrəfovun bir sənətçi kimi xalq tərəfindən xüsusi olaraq qiymətləndirildiyi amıya məlumdur. Belə olan təqdirdə tanınmış müğənnimizin hansı məmurun qəzəbinə tuş gəlməsi də çox maraqlıdır. Yaxın vaxtlarda Baloğlan bəyin də mövqeyini diqqətinizə çatdırmağa çalışacağıq. Bizi izləyin… Geri qayıt |