Əsas Səhifə > Hadisə > XALQ ARTİSTİ SAĞALDI
XALQ ARTİSTİ SAĞALDI3-10-2011, 15:40 |
YAŞAR NURİ EVƏ BURAXILIB Azərbaycanın xalq artisti Yaşar Nuri bu gün xəstəxanadan evə buraxılıb. Aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva APA-ya bildirib ki, Y. Nuri hazırda evdə istirahət edir. “Həkimlər Yaşarı buraxmaq istəmirdilər. Ancaq o, xəstəxanada qalmaq istəmir. Həkimlərin israrına baxmayaraq, xəstəxanadan çıxdı”, - deyə R. Nuriyeva bildirib. O, Y. Nurinin səhhətinin tam qaydasına düşmədiyini, buna görə də 60 illik yubileyi münasibətilə oktyabrın 5-də keçirilməli olan tədbirin təxirə salındığını deyib. “Şöhrət” ordenli aktyorun 60 illiyi yubileyini təşkil edəcək Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov da APA-ya bildirib ki, tədbirin nə vaxt keçiriləcəyi hələlik məlum deyil: “Biz yubileyə hazırıq. Lakin Yaşar müəllimin səhhətində problem olduğundan yubiley tədbirinin nə vaxt keçiriləcəyi hələlik məlum deyil. Əsas can sağlığıdır. Təki Yaşar müəllimin canı sağ olsun, sağalsın, tədbiri nə vaxt istəsə, keçirmək olar”. Qeyd edək ki, Y. Nurinin səhhəti sentyabrın 15-də qəflətən pisləşib. Aktyor Dövlət Gömrük Komitəsinin Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Xalq artisti ötən ilin sonu, bu ilin əvvəlində isə Türkiyənin İstanbul Memorial Xəstəxanasında uzun müddət müalicə olunub. Geri qayıt |