Əsas Səhifə > Hadisə > ƏVVƏLCƏ ARVADINI BALTALADI...
ƏVVƏLCƏ ARVADINI BALTALADI...18-02-2012, 11:13 |
SONRA DA ÖZÜNÜ 7-Cİ MƏRTƏBƏDƏN ATDI Azərbaycan paytaxtında dəhşətli cinayət törədilib. Bu barədə APA-ya Yasamal Rayon Polis İdarəsindən bildirib. Hadisə ötən gecə Yeni Yasamal, ev 11, mənzil 31 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 42 yaşlı Nail Qədirşah oğlu Tahirov həyat yoldaşı, 34 yaşlı Simuzər Tahirovanı baltalayıb. Qadının öldüyünü düşünən ər daha sonra 7-ci mərtəbədən özünü atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Hadisə baş verən mənzilə gələn qonşular qadının ağır yaralı olduğunu görüblər. Simuzər Tahirova dərhal xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. Geri qayıt |