Əsas Səhifə > Gündəm, Manşet > QƏRİB MƏMMƏDOVA DAHA BİR ZƏRBƏ

QƏRİB MƏMMƏDOVA DAHA BİR ZƏRBƏ


17-02-2012, 17:16
QƏRİB MƏMMƏDOVA DAHA BİR ZƏRBƏ

BU DƏFƏ KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İDARƏSİ KOMİTƏ SƏDRİNİ VURDU

DİA.A: - Bir neçə gün əvvəl deputat Arif Rəhimzadə bələdiyyələrə nəzarət mexanizmindən danışarkən dolayısı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun ünvanına sərt ittihamlar söyləmişdi. Bildirək ki, kə zamandır komitə sədrinə qarşı müxtəlif istiqamətlərdən hücumlar edilir. Və Arif Rəhimzadənin bu şəkildə Qərib Məmmədovun üzərinə yeriməsi də həmin hücumların davamı və daha da inkişaf etmiş forması kimi qəbul edildi.

Əgər dünənə qədər komitə sədrini müxtəlif yollarla, anonim mənbələrə istinadən qəzet səhifələrində vururdularsa, indi ittihamlar rəsmi ünvanlardan səsləndirilir. Bu dəfə də belə oldu. Və bu dəfə artıq komitə sədrinə qarşı konkret faktlar da səsləndirildi.
“1 dekabr 2007-ci il tarixdən sonra bələdiyyə torpaqlarının satışı yalnız hərrac və müsabiqə ilə keçirilməsi qərara alınsa da, həmin müddət keçdikdən sonra da bəzi bələdiyyələr tərəfindən qərarların köhnə tarixə verilməsi halları müşahidə olunur. Həmçinin, keçmiş iclas protokollarının müvafiq vərəqələrinin dəyişdirilməsi ilə ora əlavə edilməsi hallarına rast gəlinir”.

Bildirək ki, bunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı, böyük prokuror Pərvin Quliyev deyib. O, qeyd olunan cinayət əməlləri ilə bağlı idarəyə daxil olmuş müraciətlərdən də danışıb. P. Quliyev bildirib ki, bələdiyyələr arasında dövlət mülkiyyətində və ya digər bələdiyyənin mülkiyyətində olan torpaqların satılması hallarına da təsadüf edilir: “Qanunvericiliyə əsasən, torpaq sahəsinin təyinatı ilə əlaqədar Torpaq və Xəritəçəkmə üzrə Dövlət Komitəsinin yerli qurumları tərəfindən rəy verildikdən sonra torpaq sahəsi satışa çıxarıla, mülkiyyətə, istifadəyə, icarəyə verilə bilər. Bir sıra bələdiyyələr tərəfindən həmin rəylərin alması təmin edilmir. İstintaq təcrübəsi göstərir ki, hətta rəylərin verilməsində də bəzi korrupsiya cinayətlərinə yol verilməsi halları olur. Belə ki, həmin rəylərin verilməsinə nəzarət bir qədər zəif təşkil olunub. Bəzi hallarda Torpaq və Xəritəçəkmə üzrə Dövlət Komitəsinin yerli qurumları tərəfindən hətta köhnə tarixə rəylər verilməsi hallarına rast gəlinir”.

P. Quliyev onu da deyib ki, bir sıra bələdiyyələrdə vətəndaşların müraciətinin qeydiyyatı kitabı olmur.

Hər halda belə bir rəsmi ittihamın qarşısında DTXK şefini hansı aqibətin gözlədiyini təxmin etmək o qədər də çətin deyil.


Geri qayıt