Əsas Səhifə > Hadisə > HAKİMİYYƏT YENİ İSLAHATLARA HAZIRLAŞIR
HAKİMİYYƏT YENİ İSLAHATLARA HAZIRLAŞIR17-02-2012, 14:49 |
BU DƏFƏ KOMMUNAL SAHƏDƏ CİDDİ DƏYİŞİKLİKLƏR PLANLAŞDIRILIR Cümə günü Hyatt Regency otelində “Kommunal təsərrüfatda şəffaflığın artırılması” mövzusunda ictimai dinləmələr keçirilib. Tədbiri Hüquqşünaslar Konfederasiyası, Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Avrasiya Dəstək Fondu təşkil edib. Hüquqşünaslar Konfederasiyasının rəhbəri, deputat Əli Hüseynov bildirib ki, hazırda ölkədə kommunal xidmətlərin səviyyəsi bir çox sakinləri qane etmir ki, bu da bu həmin islahatların aparılmasını zəruri edir. MİS-lərlə yanaşı özəl təşkilatlar da kommunal xidmətlər göstərməlidir və sakinlərin seçim imkanları olmalıdır. “2009-cu ildə Azərbaycanda yeni Mənzil Məcəlləsi qəbul olunub. Bu, sözügedən sahədə islahatların həyata keçirilməsinə imkan verir”, - o əlavə edib. Kommunal sahədə islahatlar korrupsiya faktının aradan qaldırılmasına və xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına imkan verir. Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının katibi İnam Kərimovun sözlərinə görə, korrupsiya probleminin həlli üçün elektron xidmət forması tətbiq edilməlidir. “Bu, vətəndaşların məmurlara müraciət etmədən İnternet vasitəsilə lazımi arayışı almasına imkan yaradacaq”, - İ.Kərimov vurğulayıb. Mənzillərin istismarı üzrə idarələrin (MİS) olması 2009-cu ilin Mənzil Məcəlləsinin (MM) tələblərinə uyğun deyil. Bunu İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyev bildirib. “Azərbaycanda üç növ yaşayış yeri var - özəl, dövlət və bələdiyyə. Həmin növlər üzrə kommunal xidmətləri 1959-cu ildə yaradılmış MİS-lər göstərir”, - S.Əliyev qeyd edib. Yeni MM-yə görə, kommunal təsərrüfatın idarəsi ilə sakinlərin şurası, sakinlər tərəfindən yaradılan özəl şirkətlər və ya kooperativlər məşğul olmalıdır. Hər evdə bir kooperativ yaradıla bilər. Qərbdə evlərin özəl şirkətlər və ya sakinlərin kooperativləri tərəfindən idarə olunması daha çox yayılıb. Yeni MM-ə görə, əgər sakinlər altı ay ərzində sakinlərin şurasını yarada bilmirsə, bu işi bələdiyyə həyata keçirir. Hazırda MİS-lər vətəndaşlardan bir kv. metr mənzil sahəsinə görə 30 qəpik yığır. Bununla yanaşı MİS-lərə dövlət büdcəsindən subsidiya ayrılır. 2012-ci ildən MİS-lərə 100 mln. manat ayrılacaq ki, bu da indi olduğundan üç dəfə çoxdur. Geri qayıt |