Əsas Səhifə > Hadisə > EYNULLA FƏTULLAYEV 2 APREL MƏHBUSLARINA QARŞI

EYNULLA FƏTULLAYEV 2 APREL MƏHBUSLARINA QARŞI


17-02-2012, 14:03
EYNULLA FƏTULLAYEV 2 APREL MƏHBUSLARINA QARŞI

ONUN 16 SAYLI KOLONDAKI “AYIBLARI” ÖRT-BASDIR CƏHDİ

Fevralın 16-da “İnsan haqları naminə” QHT-nin rəhbəri Eynulla Fətullayev 16 saylı koloniyada monitorinq keçirib. Monitorinq 2011-ci ilin 2 aprel mitinqi ilə əlaqədar məhkum olunmuş “vicdan məhbusları” Məhəmməd Məcidli, Babək Həsənov və Zülfüqar Eyvazlının şikayəti əsasında keçirilib. Onlar koloniyadakı sıxlıqdan, dustaqlarla davranışdan, antisanitariya, rüşvətxorluğun yayılması, qəzet verilməməsi, istilik, su təchizatı problemindən şikayətləniblər.

E.Fətullayev Turanı-ın müxbiri ilə söhbətində bildirib ki, koloniyada doğrudan da çox dustaq saxlanılır. 4 kv. metr sahədə 1 məhbusun saxlanması barədə Avropa penitensiar qaydalarına əməl olunmur. Belə vəziyyət Kürdəxanıdakı təcridxanadan başqa bütün penitensiar müəssisələr üçün xarakterikdir.

16 saylı koloniyada 660 məhbus saxlanılır. Lakin indiki vəziyyət penitensiar sistemdə struktur dəyişiklikləri və başqa koloniyadan bura məhbusların gətirilməsi nəticəsində yaranıb.

E.Fətullayevin sözlərinə görə, rəhbərlik bildirib ki, yaxın ayda vaxtından əvvəl şərti azadlığa buraxılma və ya məntəqə tipli koloniyaya köçürülmə sayəsində məhbusların sayı xeyli azalacaq.

E.Fətullayev şikayətçilərlə, həmçinin digər “vicdan məhbusu” Arif Hacılı ilə görüşüb.

Monitorinq zamanı dustaqların qəzetlərlə təmin olunması, hamamda həftədə 4 dəfə istifadə etmək imkanlarının verilməsi məsələsi həll olunub.

E.Fətullayevin sözlərinə görə, koloniya rəhbərliyi sanitar qovşağında antisanitariyanın aradan qaldırılacağını və camaşırxana məsələsinin həll olunacağını vəd edib.

Tibb məntəqəsində xəstə olmayan məhbusların saxlandığı da məlum olub. Bu şərait onlara rüşvət sayəsində yaradılır.

Eyni zamanda monitorinq zamanı məlum olub ki, burada yaşayış şəraiti və istiliklə təmin olunma E.Fətullayevin əvvəllər monitorinq keçirdiyi 5,14 və 17 saylı koloniyalarda olduğundan yaxşıdır.

Moniorinqin nəticələrinə dair hesabat Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və cəzaçəkmə müəssisələrində monitorinqin aparılmasına dair layihəni maliyyələşdirən Almaniya XİN-ə təqdim olunacaq.


Geri qayıt