Əsas Səhifə > Güney Press / Ana xəbər > Mərkəzi Bank banklara kreditə maşın verməyi qadağan etdi
Mərkəzi Bank banklara kreditə maşın verməyi qadağan etdi16-01-2014, 12:59 |
![]() Azərbaycan Mərkəzi Bankı ölkənin kommersiya banklarına iş yerindən arayış təqdim etmədən vətəndaşlara nağd pul kredit verilməsini, eləcə də kredit xəttinin açılmasını qadağan edib. DİA.AZ-ın məlumatına görə, bu barədə bakupost.az–a banklardan məlumat verilib. Qadağaya səbəb kimi, problemli kreditlərin məbləğinin sürətlə artması göstərilir. Bundan başqa, avtomobillərin kreditlə satışına da məhdudiyyət qoyulduğu bildirilir. Bank mütəxəssisləri deyir ki, son illər salonlardan kreditlə götürülən avtomobillərə görə ödənişlərdə ciddi problemlər yaranıb, buna görə də, Mərkəzi Bank avtomobillərin əsasən nağd şəkildə satılmasını və yaxud lizinq yolu ilə əldə edilməsini stimullaşdırmaq qərarına gəlib. Geri qayıt |