Əsas Səhifə > Siyasət, Manşet > İCRA BAŞÇISINDAN DEPUTATA QADAĞA
İCRA BAŞÇISINDAN DEPUTATA QADAĞA16-02-2012, 13:35 |
RÖVŞƏN BAĞIROV İQBAL MƏMMƏDOVLA NƏYİ BÖLƏ BİLMİRLƏR? DİA.AZ: - Lerik rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırovla bu rayonda seçilən deputat, “Kaspi Yıldız” və “Relax” şirkətlər qrupunun sahibi İqbal Məmmədov arasında ciddi qarşıdurma yaranıb. Redaksiyamıza daxil olan məlumata görə, icra başçısı Rövşən Bağırov deputat İqbal Məmmədova qarşı həmişə əks mövqedə olub. Ancaq son zamanlar bu savaş daha da alovlanıb. İndi icra baçşısı bütün yerli məmurlara bölgədə ən böyük turizm mərkəzi olan, deputatın sahibi olduğu “Relax”a getməyi qadağan edib. İqbal Məmmədov özü isə rayondakı heç bir tədbirlərə dəvət edilmir. Deputatın rayondakı köməkçisinin fəaliyyətinə isə yerli orqanlar tərəfindən nəinki dəstək verilir, əksinə, maneçilik törədilir. Bundan başqa, İqbal Məmmədov rayonda olduğu müddətdə dəfələrlə icra başçısı ilə görüşə cəhd etsə də, Rövşən Bağırov bundan yayınıb. Onu da bildirək ki, İqbal Məmmədov kurasiya baxımından fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxındır. Və belə çıxır ki, İqbal Məmmədovla çəkişən icra başçısı həm də FHN şefinin maraqlarına qarşıdır. Hər halda bunun bədəlini ödəmək Rövşən Bağırova baha başa otura bilər. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |