Əsas Səhifə > Cəmiyyət > SALYANDA POLİS ÖZBAŞINALIĞI

SALYANDA POLİS ÖZBAŞINALIĞI


15-02-2012, 13:49
SALYANDA POLİS ÖZBAŞINALIĞI

HÜQUQ MÜDAFİƏÇİSİNƏ TƏZYİQLƏR EDİLMƏKDƏDİR

Aran zonasında yeganə hüquq- müdafiə təşkilatı olan “Demokratiyaya yardım” QHT-nin rəhbəri Emil Məmmədov Salyan rayon polis şöbəsinə çağırılıb. E.Məmmədov Turan-a bildirib ki, çərşənbə axşamı polis əməkdaşı ona zəng edərək şöbəyə gəlməsinin vacibliyini bildirib. Buna məhkum edilmiş Qarabağlar kənd sakinini Aqil Qasımovun şikayəti səbəb olub. A.Qasımov onun icazəsi olmadan hüquq müdafiəçisinin onun fotosunu KİV-də və İnternetdə yaymasından şikayət edib. E.Məmmədov şikayətin real olduğuna inanmır. Çünki A.Qasımov yaza və oxuya bilmir. O qeyd edib ki, A.Qasımovun hüquqlarını onun qohumlarının xahişi ilə müdafiə edib. A.Qasımov E.Məmmədovun ofisinə gələrək orada və girişdə küçədə şəkil çəkdirib.

A.Qasımov 2011-ci il noyabrın 18-də Salyan rayonunun Qarabağlar kənd sakinlərinin qaz verilməsinin dayandırılmasına etiraz olaraq keçirdikləri aksiyada iştirak edib. Bir neçə gündən sonra A.Qasımova qarşı polis müfəttişinə müqavimət göstərmək ittihamı ilə cinayət işi qaldırılıb. Yanvarın əvvəlində isə 6 ay müddətinə azadlıqdan məhrum edilib.

E.Məmmədov hesab edir ki, polisə çağırılması ona hüquq- müdafiə fəaliyyəti ilə bağlı təzyiq göstərilməsidir. O xatırladıb ki, KİV-ə bildirib ki, A.Qasımova qarşı cinayət işi saxtadır, yerli əhalinin qorxudulması və vətəndaşların etiraz aksiyalarında iştirakının qarşısının alınması məqsədi daşıyır.

E.Məmmədov həmçinin qeyd edib ki, fotonun yayılması ilə bağlı şikayət mülki mübahisə predmetidir və buna polis yox, məhkəmə tərəfindən baxılmalıdır.

Salyan rayon polis şöbəsindən şərh almaq mümkün olmayıb.


Geri qayıt