Əsas Səhifə > Hadisə > MÜDAFİƏ NAZİRLİYİ HƏRƏKƏTƏ KEÇDİ

MÜDAFİƏ NAZİRLİYİ HƏRƏKƏTƏ KEÇDİ


14-02-2012, 12:00
MÜDAFİƏ NAZİRLİYİ HƏRƏKƏTƏ KEÇDİ

İNTİHAR FAKTINA GÖRƏ CƏZALANAN VAR

Müdafiə Nazirliyi hərbi hissədəki intihar faktı ilə əlaqədar məsul şəxsləri cəzalandırıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 4-də Ağdam rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri Əmiraslanov Mehman Əmiraslan oğlunun özünə qəsd etməsi ilə bağlı araşdırma aparılıb və məsuliyyət daşıyanlar cəzalandırılıb.

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin əmri ilə hərbi hissənin komandiri, mayor Əhmədov Etibar İsabala oğlu xidməti vəzifəsini dürüst və layiqincə yerinə yetirmədiyinə və buraxdığı digər nöqsanlara görə tutduğu vəzifədən azad olunub.

Hərbi hissənin qərargah rəisi, polkovnik-leytenant Məcidov Vüqar Yadigar oğlunun barəsində isə intizam qaydasında ciddi ölçü götürülüb.

Qanunsuz hərəkətlərə yol verdiyinə görə bölük komandiri, baş leytenant Babayev Nihad Nizami oğlu da tutduğu vəzifədən kənarlaşdırılıb.

Onun barəsində cinayət işi başlanılaraq həbs edilib.


Geri qayıt