Əsas Səhifə > Hadisə > BALAKƏNDƏ MASKALI QULDURLUQ

BALAKƏNDƏ MASKALI QULDURLUQ


14-02-2012, 11:16
BALAKƏNDƏ MASKALI QULDURLUQ

HƏDƏ-QORXU İLƏ KÜLLİ MİQDARDA PUL APARDI

Azərbaycanın Balakən rayonunda quldurluq hadisəsi baş verib.

Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumatda bildirilir ki, hadisə fevralın 13-ü saat 22.00 radələrində rayonun Talalar kəndində, 1944-cü il təvəllüdlü Hacıyeva Nəzmiyyət Cavad qızının yaşadığı evdə baş verib. Evə daxil olan maskalı şəxs ev sahibəsi N. Hacıyevadan pul tələb edib. Bu zaman N. Hacıyeva evdə pul olmadığını bildirib. Lakin maskalı şəxs hadisə baş verən otaqda stolun üstündəki bıçağı götürərək ev sahibəsinə hədə-qorxu gələrək ondan pulun yerini deməsini tələb edib. Hadisə baş verən zaman evdə tək olan N. Hacıyeva əlacsız qalaraq saxladığı pulun yerini maskalı şəxsə bildirib. Maskalı şəxs 4800 ABŞ dollarını götürərək oranı tərk edib.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, hadisənin kimin tərəfindən törədilməsi araşdırılır.


Geri qayıt