Əsas Səhifə > Hadisə > “Ölsəm də, qalsam da, aclıq aksiyasını davam etdirəcəm”

“Ölsəm də, qalsam da, aclıq aksiyasını davam etdirəcəm”


27-12-2013, 14:10
“Ölsəm də, qalsam da, aclıq aksiyasını davam etdirəcəm”
Artıq 3 gündür bütün ailə üzvləri ilə birlikdə aclıq aksiyası keçirən Bakışəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, S.Mehmandarov küç, ev-26/1ünvanda yaşayan Camalov Həsən Sərkər oğlu, aclıq aksiyasının səbəbləri ilə bağlı ANS PRESS-ə açıqlama verib.

H.Camalovun aclıq aksiyası keçirməsinə səbəb, "Bərgüşat-Ş MMC" tikin şirkətinin tikdiyi hündürmərtəbəli yaşayış binasının onun evinə 3 metr yaxın məsafədə tikilməsi və evinin ciddi təhlükə qarşısında qalmasıdır. Bununla bağlı bütün rəsmi orqanlara şikayət etdiyini deyən sözlərinə görə, aradan bir neçə ay keçməsinə baxmayaraq, hələ də şikayətinə baxılmayıb.

H.Camalov, şirkətə bu vaxta qədər şikayət etməməsinin səbəblərini də ANS PRESS-ə açıqladı. O, şirkətin sahibi Əliabbas Məmmədovla görüşərək, vəziyyətlə bağlı məlumat verdiyini, amma onun şikayəti qulaqardına vurduğunu qeyd etdi: "Səbəbi isə Surxanı Rayon İcra Hakimiyyəti rəhbərliyinin bu şirkəti müdafiə etməsidir. Hətta Ə.Məmmədov da mənimlə İH adından danışdı. Buna görə də onlara şikayət məktubu göndərməyin lüzumsuz olduğunu düşündüm. Bu orqanların hərəkətlərindən belə aydın olur ki, balalarımı, yaxınlarımı ətrafıma toplayıb, gedim küçədə mitinq keçirim. Axı mən dövlətin, prezident İlham Əliyevin əleyhinə necə mitinq keçirməliyəm? Böyük övlaım Türkiyədə ali təhsil alır. Evimdə Azərbaycanın müstəqilliyi üçün əsgər və layiqli vətəndaş yetişdirirəm. Övladı Türkiyədə oxuyan ata necə dövlət leyhinə kasiya keçirə bilər? Bu orqanlar niyə məni başa düşmək və problemimi həll etmək istəmirlər?"

Şikayətçi, dekabrın 13-də, Suraxanı RİH-nin baş­çısı Adil Vəli­yevin qəbulunda olduğunu da nəzərimizə çatdırdı: ­“Ona bildirdim ki, "Cənab başçı, siz bu rayonda ölkə prezi­den­ti, cənab İlham Əliyevi təmsil edirsiniz, sizdən haq və ədalət gözləyirəm, mənə qarşı aşkar qərəzlilik vardır. 13 övlad böyüdənin malını əlindən alacağınıza canını alın”. Ancaq mənə göstərdiyi münasibətdən anladım ki, ya­­­ra­nacaq acınacaqlı hal onu qətiyyən narahat etmir. Ümid edirik ki, bu aksiyamız Adil Vəliyevi bizə qarşı tutduğu qərəzli möv­qe­­dən, bizə qarşı atdığı hər cür haqsız və qanunsuz addımdan çəkindirər və o, Prezident İlham Əliyevin 23 dekabr 2013-cü il müşavirəsində dediklərindən özü üçün bir nəticə çıxardar".

Aclıq aksiyası keçirməkdə israrlı olduğunu söyləyən şikayətçi bildirir ki, ölənə qədər aclıq aksiyasını davam etdirəcəm: "Ya öləcəm, ya da qalacam. Ölsəm, qoy övladlarım desinlər ki, atamız bizim hüquqlarımızı qoruduğu üçün öldü. Dövlət orqanı mənim problemimlə maraqlanana qədər bu aksiya davam edəcək".

"Mənim tək dərdim odur ki, pozulan hüquqlarım bərpa olunsun" - deyən şikayətçi vurğuladı ki, tikinti şirkəti ətrafdakı evləri ucuz qiymətə alaraq, sökdürdü: "Amma mən bu qiymətlə razılaşmadığım üçün binanı evimlə bitişik tikməyə başladılar. Onların istəyi budur ki, təklif etdikləri qiymətlə razılaşım. Qeyd edim ki, onlar qonşulardan təmirsiz evlərin bir kvadrat-metrini 1150 manatdan aldılar. Mən isə evimi sonuncu dəfə 2008-ci ildə əsaslı təmir etdirdiyimə görə, bir kv.metrə 1500 manat istəyirəm. Bu qiymət də onlara sərf eləmir. Ancaq halbuki, 1500 manat dövlətin müəyyənləşdirdiyi qiymətdir".

Şikayətçi, bu vaxta qədər Suraxanı rayon məhkəməsində 3 dəfə məhkəmə prosesinin keçirildiyini, amma şirkətdən heç kim gəlmədiyi üçün prosesin baş tutmadığını söylədi: "Hər dəfə məni çağıraraq, prosin keçirləcəyini bildirdilər. mən də şikayətimin təmin olunması üçün getdim. Amma şirkətdən heç kim gəlmdiyi üçün hakim məhkəməni bağlı elan etdi. Sonun prosesdə isə hakimdən xahiş etdim ki, məhkəmə müddətində tikintinin dayandırılması ilə sanksiya versin. Ancaq hakim xahişimi rədd edərək, tikintinin davam etdirilməsi ilə bağlı qərar qəbiul etdi".


“Ölsəm də, qalsam da, aclıq aksiyasını davam etdirəcəm”
Geri qayıt