Əsas Səhifə > Siyasət, Manşet, Ana xəbərlər > Ramzan Abdullatipov Abbas Abbasovun xahişin etdi

Ramzan Abdullatipov Abbas Abbasovun xahişin etdi


27-12-2013, 11:29
Ramzan Abdullatipov Abbas Abbasovun xahişin etdi
Prezidentlərin nahar görüşündə RATİ ilə bağlı problemlər də ciddi şəkildə müzakirəı olunub

DİA.AZ: - Vaxtı ilə rəsmi Bakını təhdid edən Ramazan Abdullatipov Bakıda fərqli danışdı və davrandı. Bu, dünən Azərbaycan prezidenti ilə görüşən Dağıstan prezidentinin Bakı səfərinə mətbuatın verdiyi reaksiyadandır. Əslində Ramazan Abdullatipovun Bakı səfəri kifayət qədər maraqdoğuran bir hadisədir. Bunu etriaf etmək lazımdır. Həm də ona görə ki, Ramazan Abdullatipov özünün Bakı ilə münasibətlərində ciddi problem yaşayan “Milayrderlər İttifaqı” kimi tanıdığmız Rusiya Azərbaycan Təşkilatları İttifaqının sədri, Azərbaycan baş nazirinin sabiq müavini Abbas Abbasovun təmsilçisi kimi çıxış edə bilərdi. Elə belə də olub. Bu barədə DİA.AZ-a hökumət içindəki mənbələr xəbər verib.

Dekabrın 26-da Azərbaycan prezidenti İlham Əliyev və Dağıstan prezidenti Ramazan Abdulatipov birgə nahar da ediblər. Bunu xatırladan mənbəmiz nahar zamanı prezidentlərin mövzularından birinin məhz Abbas Abbasov olduğunu iddia edir.

Xatırladaq ki, Abdullatipov ötən il Moskvada qurulan və hədəfi Bakıdakı iqtidarı dəyişmək olan RATİ-nin - qeyri-rəsmi olaraq “Milyarderlər ittifaqı” adlanan qurumun əsas üzvlərindən olub. O, indiki iqtidarın əleyhinə bir sıra kəskin açıqlamaların müəllifi olub. Lakin sonradan Azərbaycan hakimiyyəti hansısa yollarla bu qurumun fəaliyyətini neytrallaşdırdı, tanınan üzvlərinin, o cümlədən də Abbas Abbasovun və digərlərinin tövbəvari açıqlamalarını ala bildi.

Məlumatlı mənbə iddia edir ki, Ramazan Abdullatipov rəsmi Bakı ilə RATİ arasında körpü rolunu oynamaq niyyətindədir: “Bu barədə danışıq olsa da, rəsmi Bakı Ramazan Abdullatipovun məlum təşəbbüslərini isti qarşılamayıb. Bu isə o deməkdir ki, YAP iqtidarı Abbas Abbasovdan möhkəm incikdir”.

Geri qayıt