Əsas Səhifə > Siyasət, Manşet > KTN sistemini dizi üstə qoyan korrupsiya şəbəkəsi

KTN sistemini dizi üstə qoyan korrupsiya şəbəkəsi


27-12-2013, 08:47
KTN sistemini dizi üstə qoyan korrupsiya şəbəkəsi
Heydər Əsədovun toxunmadığı şəbəkə bu gün də İsmət Abbasovun çətiri altında olduğunu deyir

DİA.AZ: - Dəfələrlə “İcraçı Kredit Agentliyi Bank Olmayan Kredit Təşkilatı” MMC (İKA) haqqında və təşkilata rəhbərlik edən Arif Əliyevin korrupsiya halları, eyni zamanda çanta ilə sabiq Kənd Təsərrüfatı Naziri İsmət Abasova göndərdiyi pullar barədə məlumatlar yerli mətbuatda yetərincə ictimailəşdirilib. Bildirək ki, bununla bağlı DİA.AZ-a yeni məlumatlar ötürülüb və həmin məlumatı yollayan mənbə ilginc faktları açıqlayıb:

“Zərər çəkən Kredit İttifaqının üzvü kimi bir daha ictimayyətin nəzərinə çatdırmaq istərdim ki, adı çəkilən təşkilat fəaliyyətini davam etdirir və bu dəfə daha böyük azğınlıqla taladığı Kredit İttifaqlarından kreditin qaytarılmasını məhkəmə, hədə-qorxu və hətta yalan ifadələrlə tələb edir və qeyd edir ki, mənim himayadarım Baş Nazirin müavinidir. Bu yollarla bəzi Kredit İttifaqlarının rəhbərlərini aldadaraq hələ də rüşvət yığımı ilə məşğuldur.

Respublikamıza Dünya Bankı tərəfindən ayrılan 18,8 milyon ABŞ dolları məbləğində kredit vəsaitinin istifadəsinin əsas məqsədi rayonlarda və kəndlərdə yeni iş yerlərini açmaq və aztəminatlı kəndliləri işlə təmin etməkdən ibarət idi. Bu pul vəsaiti kəndlilərə Kredit İttifaqları vasitəsilə paylanmalı idi. Lakin bir çox kredit ittifaqlarının rəhbərləri bizim kimi kredit ittifaqlarının üzvlərinin adlarından və qoyduğumuz girovlardan istifadə edərək İKA-dan müxtəlif zamanlarda külli miqdarda pul vəsaitlərini kredit şəkilində almışlar, amma müəyyən qismini Arif Əliyevə rüşvət şəkilində verərək yerdə qalanın mənimsəmişlər.

Hazırda da bu kredit ittifaqlarının rəhbərləri Arif Əliyevə rüşvət verdikləri üçün bu pul vəsaitlərini geri qaytarmaq niyyətində deyillər. Onu da nəzərinizə çatdırım ki, Arif Əliyev pulların rüşvət şəkilində yığılmasında İsmət Abasovun adını Kənd Təsərrüfatı naziri kimi çəkirdisə, hazırda isə bu pulların geri qaytarılmasında İsmət Abasovun adını Baş Nazirin müavini kimi hallandırır və Kİ rəhbərlərinə hədə-qorxu gəlir.

KTN sistemini dizi üstə qoyan korrupsiya şəbəkəsi

Həmin təşkilatın təsisçiliyi “Azərbaycan Kredit İttifaqları Assosiasiyası” İctimai Birliyinə (AKİA) həvalə olunmuşdur ki, AKİA vasitəsilə pulların təyinatlı istifadəsinə nəzarət olunsun. Lakin bu nəzarətin olmaması üçün Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin keçmiş Direktoru Razim Vəliyevin göstərişi ilə az bir müddət ərzində Arif Əliyev ətrafında özü kimi fırıldaqçı Kredit İttifaqlarını toplayaraq İKA-nı aşağıda adları çəkilən Kredit İttifaqları vasitəsilə özəlləşdirmiş və bu yolla Azərbaycana 35 il müddətinə ayrılan pul vəsaitlərini mənimsəmişdir. “Aşıxlı Kredit İttifaqı”-nın rəhbəri Ayaz Quliyev, “Aran Kredit İttifaqı”-nın rəhbəri Cəlil Süleymanov, “Tərəkəmə Kredit İttifaqı”-nın rəhbəri Vasif Hüseynov, “Ləman Kredit İttifaqını”-nın rəhbəri Ağasən Mürsəlov, “Masallı Kredit İttifaqı”-nın rəhbəri Faiq Nağıyev, “Hindarx Kredit İttifaqı”-nın rəhbəri Səfa Zeynalov və “Astanlı Kredit İttifaqı”-nın rəhbəri Vasif Ağayevə milyonlarla kredit vəsaitini paylayaraq, onların, İKA-nın işçilərinin və özünün təsisçiliyi ilə Təşkilatı özəlləşdirmiş və hazırda da hökumətin vəsaitini öz şəxsi vəsaitləri kimi istifadə etməkdədirlər.

İş o yerə çatdı ki, Dünya Bankı rüşvətdən xəbər tutaraq layihəni dondurub və kredit vəsaitinin geri ödənişini tələb etdilər. Lakin Arif Əliyev hələ də 7 Kredit İttifaqları vasitəsilə özünə “komanda” düzəldərək pulları başqa kredit ittifaqlarından geri alaraq gizlin formada bu kredit ittifaqlarına paylayır. Kredit vəsaitləri heç də təyinatı üzrə xərclənməmişdir. Bu kredit ittifaqlarının rəhbərləri Bakıda özləri üçün mənzillər alıb kirayə verirlər və yaşadıqları rayonlarda da öz şəxsi biznesləri ilə məşğuldurlar.

Arif Əliyev kredit vəsaitlərini sığortalamaq adı ilə “Başak İnam” Sığorta şirkəti vasitəsilə qəbz vermədən pullar toplayır və girovun qiymətləndirilməsi üçün də ölkədə analoqu olmayan pul yığımı sistemini qurmuşdur ki, bununla da girovun qiymətindən asılı olaraq 1% də əlavə pul və müxtəlif adlarda xidmət haqqı alır. Hətta yeni Kənd Təsərrüfatı Nazirinin gəlməsindən ehtiyat edən İKA işçiləri bu hərəkətləri etməkdən uzaqlaşmaq istəsələr də, İKA-da insan resursları üzrə menecer vəzifəsində çalışan Fatma Abbasova işçiləri motivasiya edərək söyləyir ki, bizim himayədarımız bu Nazirdəndə artıq vəzifədə, yəni Baş Nazirin müavini postunda çalışır.

Onlar bu yollarla 60-dan çox kredit ittifaqlarını müflis etmişdir. Arif Əliyev özü və ətrafında olan yuxarıda adları çəkilən 7 Kredit İttifaqları isə öz şəxsi bizneslərini hələ də inkişaf etdirməkdədirlər. Müflis olan Kredit İttifaqlarının minlərlə üzvləri olan xırda sahibkarlar isə ölkədən kənarda iş axtarmaq məcburiyyətindədirlər. Mənim sualım odur ki, kim ona belə səlahiyyətləri vermişdir ki, İKA-nı özbaşına özəlləşdirərək, bizim üçün nəzərdə tutulan dövlətin kreditlərini rahatcasına mənimsəsin və kredit ittifaqları üzvlərini, xırda sahibkarları ölkədən didərgin salsın?”

Hər halda bütün bunlar çox ciddi ittihamlardır və əgər faktdırsa, o zaman ən azından Heydər Əsədovun bütün bunları sükutla seyr etməsi də şübhələr yaradır.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt