Əsas Səhifə > Gündəm, Manşet > MİSİR MƏRDANOV İSTEFA ƏRİZƏSİ YAZIB
MİSİR MƏRDANOV İSTEFA ƏRİZƏSİ YAZIB13-02-2012, 15:30 |
TƏHSİL NAZİRİ PROKURORLUĞA İFADƏ VERMƏK ZORUNDA BURAXILA BİLƏR DİA.AZ: - Təhsil nazirliyinin korrupsiyada ittiham olunaraq həbsə atılmış əməkdaşı Orxan Kərimovla bağlı aparılan istintaq işi deyəsən, bi çoxları üçün başağrısına çevrilmək üzərədir. Artıq belə bir təhdidi öz üzərində hiss edən nazirliyin apparat rəhbəri İlham Pirməmmədovun hətta bəzi KİV-lərlə separat anlaşma əldə etdiyi də məlum olub. Eyni zamanda Orxan Kərimovun həbs olunana qədər çalışdığı TN-nin iqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyevin də iynə üstündə oturduğu söylənilir. Xatırladaq ki, bir neçə gün əvvəl bu işlə bağlı mətbuata açıqlama verən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yetkililəri də qəti fikir söyləməkdən çəkindilər. Bu olayı xatırladan hökumət içindəki məlumatlı mənbənin sözlərindən belə aydın olur ki, əslində Orxan Kərimovla bağlı məsələnin bu şəkildə saxlanılması, daha dəqiqi, istintaq işi ilə bağlı məlumatların xəsisliklə ictimailəşdirilməsi çox ciddi səbəblərlə bağlıdır. Bu barədə danışan qaynaq iddia edir ki, Orxan Kərimovla bağlı istintaq araşdırmalarında təhsil naziri Misir Mərdanovu hədəfə çevirən xeyli sayda faktlar toplanıb: «Hətta vəziyyət o həddədir ki, Misir Mərdanov ən azından prokurorluğa ifadə vermək üçün dəvət edilməlidir. Əslində normal dövlətlərdə nazir belə bir ifadənin alınması üçün prokurorluğa çağrılmalı idi. Lakin bura Azərbaycan olduğundan və nazirin hansısa işlə bağlı prokurorluq qarşısında dinlənilməsinin mümkünsüzlüyü səbəbindən, Misir Mərdanovun ifadəsinin alınmsı planlaşdırılmır». Mənbəmiz bildirdi ki, amma buna rəğmən həmin faktlar Misir Mərdanova qarşı olan qüvvələrin araçılığı ilə daha «yuxarı instansiyalara» çatdırılıb: «Ola bilsin ki, bu faktlara reaksiya verilsin». Onu da xatırladaq ki, Orxan Kərimovun həbsinə nədən olan olayda əsas suçlulardan biri əslində Misir Mərdanovun özüdür. Çünki Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov tərəfindən aşkarlanmış fakt da təsdiqləyir ki, Misir Mərdanov heç bir yoxlama aparmadan qanunsuz tələbə köçürməsi ilə bağlı müvafiq sənədi imzalayıb və Təhsil Nazirliyi adına möhürləyib. Mənbəmiz bildirir ki, vəziyyətin bu gərginlikdə olmasından Misir Mərdanovun özü də xəbərdardır: «Əslində Misir Mərdanov üçün ən ağlabatan yol istefa verməsidir. Yalnız bu halda ittiham hədəfindən uzaqlaşa və məsələ unudula bilər. Əslində nazirin özü də bu fikirdədir. Məsələn, faktdır ki, keçən ilin sentyabr ayında o, istefa ərizəsi yazmışdı». Mənbəmizə görə, nazir yenidən belə bir ərizə ilə prezidentə müraciət etmək niyyətindədir. Mövzu diqqətimizdədir… Geri qayıt |