Əsas Səhifə > Hadisə, Manşet > SUMQAYITDA BÖHRAN DAVAM EDİR

SUMQAYITDA BÖHRAN DAVAM EDİR


13-02-2012, 14:23
SUMQAYITDA BÖHRAN DAVAM EDİR

ELDAR ƏZİZOV GƏNCLƏR ŞƏHƏRİNİ “QOCALTMAQLA” MƏŞĞULDUR

DİA.AZ: - Fevral ayının qarlı-şaxtalı havası Sumqayıt şəhər icra hakimiyyətinin də qışa hazır olmadığını bir daha təsdiqlədi. Ötən həftədən başlayan qar, çovğunlu günlərdə şəhərin əsas şose yolları nə təmizlənir, nə də duz, nə qum tökülür. Məhəllələrdə sakinlər özləri təşəbbüs göstərdikləri təqdirdə, təmizlik işləri aparılır. Adətən, mikrorayonlarda təmizlik işlərinə MİS işçiləri cavabdeh olsa da, onların küçələrə göndərdiyi bir neçə qadının problemi həll edəcəyini düşünmək sadəlövlük olardı. Bələdiyyələrin bu istiqamətdəki fəaliyyətindən danışmağa dəyməz.

Son bir neçə gündə Sumqayıtdakı yollar, ictimai binaların qarşısı məktəblərin kollektivləri tərəfindən təmizləndi. Bu barədə bizi məlumatlandıran mənbə bildirib ki, şəhərin əraziləri məktəblər arasında bölüşdürülüb.

Kommunal duruma gəldikdə, Sumqayıtda qışa keçid elan olunandan sonra təbii qazın təzyiqi artmaq əvəzinə azalıb, son bir həftədə isə mənzillərə qaz fasilələrlə verilir. İşıq problemini isə bütün məhəllələr və mikrorayonlar yaşayır. Bu istiqamətdə ən ağır durum şəhərin «Katej» adlanan hissəsindədir, ərazidə evlərə bir neçə saat işıq verilsə də, üç gündür insanlar zülmət içindədirlər. Su problemini ən acınacaqlı şəraitdə 4, 6, 9, 16-cı mikrorayonlar yaşayır. Suyun kəsilməsi evlərdəki kombilər sıradan çıxarıb ki, bunun ziyanını binaların sakinləri ödəməli olacaq.

Bu arada icra başçısı ilə bağlı aldığımız başqa bir xəbər xüsusilə maraq doğurur. Redaksiyamızı bilgiləndirən mənbənin sözlərinə görə Eldar Əzizov 5 məktəbə mart ayında Qusarda konsert proqramı vermək tapşırığı verib. Proqrama ləzgi mahnılarının salınması və tamaşaların göstərilməsi də daxildir.

Geri qayıt