Əsas Səhifə > Sosial, Manşet > Azərbaycanla Rza Zərrabın şok əlaqələri - yeni faktlar

Azərbaycanla Rza Zərrabın şok əlaqələri - yeni faktlar


26-12-2013, 12:14
Azərbaycanla Rza Zərrabın şok əlaqələri - yeni faktlar
Ərdoğanın oğlunun da iştirakçısı olduğu şəbəkə İran-Azərbaycan-Türkiyə xəttinə baxıb

DİA.AZ: - Dünən məlumat verərək bildirmişdik ki, qardaş Türkiyədə yaşanılan olayların Azərbaycana da təsir edəcəyi heç şübhəsizdir. Bu gün isə sözügedən istiqamətdən yeni informasiyalar əldə etmişik.

Məlumatlı dairələrdən DİA.AZ-a ötürülən xəbərdə qeyd olunur ki, bu gün adı rüşvət qalmaqalında hallandırılan Türkiyənin baş nazirinin oğlu Bilal Ərdoğanın da Azərbaycanda bəzi işbaz çevrələrlə sıcaq əlaqələri var imiş ki, artıq bu fakt da istintaq orqanlarının diqqətini cəlb edib.

Məlumat üçün bildirək ki, nəhayət baş nazir Rəcəb Tayyib Ərdoğan baş verən olaylara detallı münasibətini bildirib. Belə ki, İslamabaddan Ankaraya qayıdarkən ölkədə böyük səs -küyə səbəb olan rüşvət və qaçaqmalçılıq əməliyyatı ilə bağlı təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Ərdoğanın sözlərinə görə, aparılan rüşvət əməliyyatı bütövlükdə millətə, dövlətə qarşı yönəlib: “Bu, hökumətə, millətə, milli iradəyə qarşı yönəlmiş bir əməliyyatdır. Əgər korrupsiyadan danışılırsa, bu günə qədər millətin, dövlətin malına qarşı bir zərər haqqında yazı oxudunuzmu? Belə bir şey varsa, mənə gətirin, lazım olanı edim. Ortada fakt varmı? Kim kimə nə verib? Konkret nəsə var?”.

Baş nazir jurnalistlərin “Əməliyyatın açar şəxsi hesab olunan Rza Zərrab haqqında nə bilirsiniz?” sualına cavab olaraq bildirib ki, “Rza Zərrab qızıl ixracatı ilə məşğul olan bir şəxsdir. Ölkəyə kömək etdiyini, xeyriyyəçilik işləri ilə məşğul olduğunu bilirəm”.

Nazir həmçinin Avropa İttifaqı işləri üzrə nazir Egemen Bağşın rüşvət əməliyyatında ittiham olunması ilə də bağlı danışıb: “AB ofisinə çanta ilə girdi, çantasız çıxdı” deyirlər. Təslim edərkən görüntü varmı?Sadəcə “Çantayla girdi, çantasız çıxdı” kimi münasibət ola bilərmi? Belə hüquq varmı? Anlamaq mümkün deyil. Bəlkə o çantada kitab aparıb. Dostlar, bundan sonra çantayla heç yerə getməyin. Məlum, çanta artıq cinayət alətidir! Hətta, çamadanı da unudun, istifadə etməyin. Zəfər bəyin oğluna hədiyyə paltar göndərildiyini söyləyirlər. Belə uydurma şeylər.. Sübutun varsa ortaya qoy. O zaman eyvallah. Amma “Çantayla girdi, çantasız çıxdı” kimi fikirləri qəbul etmək mümkün deyil”.

Ərdoğan özünün rüşvət əmliyyatında əsas hədəflərdən olduğunu da ifadə edib: “Dəstəmazından şübhəsi olmayanın namazından şübhəsi olmaz. Tayyib Ərdoğanı vurmağa çalışsalar, bundan heç nə qazana bilməyəcəklər. Bunu bildikləri üçün ətrafımdakı dostlarıma hücum edirlər. TÜRGEVlə bağlı (Türkiyə Gənclik və Təhsilə Xidmət Vəqfi) oğlum Bilalın da adını hallandırırlar. Guya ki, vəqflə bağlı yenidənqurma işləri aparılmasını tələb edib. Bunun üçün bələdiyyəyə getmək cinayətdirmi? Bələdiyyələrin sosial işlərə yönləndirilməsi cinayət deyil, əksinə olduqca təbii hadisədir. Sosial işlə məğul olmayan bələdiyyə varmı? Oğlum TÜRGEV-in rəhbərlərindən biri olduğundan ora ilə məni vurmaq istəyirlər”.

Yəni bu faktlardan da aydın olur ki, Türkiyənin baş naziri oğlu ilə yanaşı, bu gün həbs olunan əslən azərbaycanlı iş adamı Rza Zərrabı da müdafiə edib, onun Türkiyə dövlətinə xeyirli adam olduğunu bildirib. Hər halda, belə bir yüksək tribunadan Rza Zərrabın müdafiə olunması təsadüfi deyil.

Bunu xatırladan bilgili qaynaq DİA.AZ-a açıqlamasında vurğulayır ki, Rza Zərrab Ərdoğanın oğlunun da iştirakçısı olduğu İran-Azərbaycan-Türkiyə qızıl-brilliant alveri şəbəkənin rəhbəri olub və o, burada əslində Ərdoğanı təmsil edib. Mənbə iddia edir ki, həmin şəbəkənin Azərbaycandakı ortaqları ciddi fiqurlar olduğundan bu barədə Türkiyənin istintaq orqanları susmaq zorunda qalacaqlar: «Əgər belədə ittiham-filan irəli sürülərsə, o zaman iki dövlətin münasibətləri belə təhdid altına düşmüş ola bilər. Çünki rəsmi Bakı öz məmurlarını istənilən halda qoruyacaq».

Geri qayıt