Əsas Səhifə > Güney Press, Üçüncü sektor > Sabirabadda maaş kartını tələb edəb işçi işdən qovuldu

Sabirabadda maaş kartını tələb edəb işçi işdən qovuldu


26-12-2013, 11:56
Sabirabadda maaş kartını tələb edəb işçi işdən qovuldu
DİA.AZ: - Sabirabad Zona Bioloji Təhlükəsizlik Laboratoriyasından şikayət var. Bu barədə DİA.AZ bildirir ki, “Təzadlar” qəzetinə yazan vətəndaş özbaşıanlıqdan giley-güzar edir.

Şikayətdə deyilir: “Hörmətli redaksiya! Mən Axundov Eminağa Elxan oğlu, Sabirabad rayon sakiniyəm, 22 yaşım var. 2011-ci ildə Sabirabad Zona Bioloji Təhlükəsizlik Laboratoriyasına laborant vəzifəsinə işə qəbul olunmuşam. Laboratoriyada işlədiyim müddət ərzində əmək haqları kart sistemi ilə verildiyi halda, heç kim əmək haqqını kartla almırdı. Və bunu tələb etməyə də qorxurdular ki, işdən azad edilərlər.

Lakin mən bu haqsızlığa dözməyərək əmək kartımı tələb etmişəm. Bundan sonra rəhbərlik şəxsi əmək kartımı tələb etdiyim üçün öz ərizəm belə olmadan, mənim adımdan özləri ərizə yazaraq vəzifəmdən azad etdilər. Soruşdum ki, əvvəla, niyə əmək haqqı kartımı vermirsiniz? Mənə cavab isə bu oldu ki, jurnalistlər, yoxlamalar... gəlir, bəs onları necə yola salaq? Mən bu haqsızlıq ucbatından 2 ildən artıq müddətdir işsiz qalmışam. Dəfələrlə müraciət etmişəm, deyiblər ki, bərpa edəcəyik, amma etməyiblər. Ve son nəticədə isə deyilib ki, get hara şikayət edirsən et!

Hörmətli redaksiya! Sizdən xahiş edirəm, bu məsələni araşdırasınız. Ali məktəbi fərqlənmə diplomu ilə bitirmişəm, çox böyük əziyyətlə təhsil almışam. Axır nəticə isə belə oldu. Xahiş edirəm, mənə kömək edəsiniz”.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt